Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda tülküyə işgəncə verən gənclər cəzalandırıldı
Azərbaycanda tülküyə işgəncə verən gənclər cəzalandırıldı

Tülküyə işgəncə verərək, bunun görüntülərini çəkib sosial şəbəkələrdə yayan gənclər saxlanılıb.

Bu barədə Bizimyol.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynovun bildirdiyinə görə, social şəbəkələrdə sözügedən videogörüntülər yayılandan dərhal sonra araşdırmalar başlanıb. Qısa müddətdə heyvana işgəncə verən, videoya çəkən şəxslərin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bunu edənlər Sabirabad rayon sakini, 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini, 18 yaşlı Kənan Dünyamalıyevdir.

“Onlar hadisəni etiraf ediblər, peşman olduqlarını bildiriblər. Deyiblər ki, həmin heyvan qarpız sahələrinə ciddi ziyan vururdu”, - DİN rəsmisi Zeyni Hüseynov bildirib.

Hər iki gəncin barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlara qarşı rəhmsiz rəftar edilməsi) maddəsilə inzibati xəta protokolu tərtib olunub.

“Onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib”, - Zeyni Hüseynov əlavə edib. Azərbaycan qanunvericiliyində heyvanlara qarşı rəhmsiz rəftara görə 500 manat cərimə cəzası nəzərdə tutulub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »