Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstirahət edən ailəni qırğına verdi, sonra da özünü öldürdü
İstirahət edən ailəni qırğına verdi, sonra da özünü öldürdü

ABŞ-da aramsız silahlı hücumlara yenisi əlavə edilib. Ayova ştatında düşərgə salan 4 nəfərdən ibarət ailə silahlı şəxsin qurbanı olub.

Bizimyol.info xəbər verir ki, dəhşətli qətlləri törədən qatil hücumdan sonra özünü də öldürüb. Onun qəddarlığı bütün ölkəni dərindən sarsıdıb.

ABŞ polisi cümə günü səhər Ayova ştatının şərqindəki Maquoketa Mağaraları Dövlət Parkı düşərgəsində törədilən qətli açıqlayıb. Polis 23 yaşlı Entoni Orlando Şervinin cəsədinin qısa axtarışlardan sonra öldürülən cütlük və qızlarının yanında tapıldığını bildirib.

Açıqlamaya görə, qatil cinayətləri törətdikdən sonra özünə atəş açıb və hadisə yerində dünyasını dəyişib.

Ayova ştatındakı hücumda ailəsi həlak olan 9 yaşlı uşaq isə hücumdan sağ çıxıb. Digər 3 ailə üzvü həyatını itirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »