Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda həyəcan: Daha bir mymun çiçəyi faktı aşkarlandı
Hindistanda həyəcan: Daha bir mymun çiçəyi faktı aşkarlandı

Hindistanın paytaxtı Dehlidə yaxın vaxtlarda 34 yaşlı kişidə meymun çiçəyi virusu aşkar edilib. Bununla da ölkədə yoluxma hallarının sayı dördə yüksəlib.

Bizimyol.info xəbər verir ki, Federal Səhiyyə Nazirliyi Dehli administrasiyasına bu şəxsin təmasda olduğu insanları müəyyənləşdirməyi xahiş edib. Mərkəzi hökumət həmçinin bütün ştatlardan vəziyyəti yaxından izləməyi xahiş edib.

Hökumət xəstəliyin yayılmasının qarşısını almaq üçün tövsiyələrdən ibarət təlimat verib.

Dehli əyalətinin baş naziri Arvind Kejrival adı açıqlanmayan xəstənin vəziyyətinin stabil olduğunu bildirib və “onun vəziyyəti yaxşılaşır, panikaya ehtiyac yoxdur”,- deyə o bildirib.

“Indian Express” qəzeti bu şəxsin xəstələnməmişdən əvvəl Himaçal Pradeş əyalətinə getdiyini və tibb qruplarının xəstənin virusa necə yoluxduğunu müəyyən etməyə çalışdığını yazıb.

Hindistanda ilk üç hadisə Kerala ştatında aşkar edilib. Bu 3 nəfərin əyalətə Körfəz ölkələrindən gəldiyi müəyyən edilib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »