Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avroviziya müsabiqəsinin yeri dəyişdirildi
Avroviziya müsabiqəsinin yeri dəyişdirildi

Avropa Yayım Birliyi (EBU) Eurovision 2023-ün Böyük Britaniyada keçiriləcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, əvvəlcə yarışmaya ifaçısı bu il birinci yeri tutan Ukraynaya ev sahibliyi etməli idi, lakin EBU tədbiri başqa ölkəyə keçirmək qərarına gəlib.

Birliyin press-relizində deyilir ki, Ukrayna gələn il Eurovision finalına dərhal vəsiqə qazanacaq. Müsabiqə BBC tərəfindən təşkil olunacaq. Britaniya şəhərlərindən tədbir üçün müraciətlərin toplanması bu həftə başlayacaq.

Ukraynanın Kaluş Orkestri qrupu Eurovision 2022-nin qalibi olub. İkinci yeri britaniyalı müğənni Sem Rayder tutub. Müsabiqənin təşkilatçıları yarışın başqa ölkəyə keçirilməsini Ukraynada hərbi əməliyyatlarla bağlı risklərin qiymətləndirilməsi ilə əlaqələndiriblər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »