Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
VTB (Azərbaycan) I yarımili 6.2 milyon manat xalis mənfəətlə başa vurub
VTB (Azərbaycan) I yarımili 6.2 milyon manat xalis mənfəətlə başa vurub

“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin birinci yarımilin maliyyə nəticələrini açıqlayıb.

30 iyun 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 20.5 milyon manat, o cümlədən faiz gəlirləri 12.5 milyon manat, qeyri-faiz gəlirləri – 8 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 63.5%, qeyri-faiz gəlirləri isə 2.4 dəfə artıb.

Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.3 dəfə artaraq ikinci rübün sonuna 6.2 milyon manat təşkil edib.

Bankın kredit portfeli birinci yarımilin sonunda 167 milyon manat təşkil edib. Bu ötən ilin müvafiq dövrünün gostəricisindən 5% çoxdur. Fiziki şəxslərin əmanətləri bir il ərzində 40% artaraq, iyun ayının sonuna 57.4 milyon manat təşkil edib.

Bankın kapitalı hesabat dövrünün sonuna 74.6 milyon manat təşkil edib, bu da Mərkəzi Bankın tələblərindən 49.2% çoxdur. Bankın likvidlik göstəricisi birinci yarımilin sonuna 72.1% təşkil edib. Bu normativ tələblərdən 2.4 çoxdur.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »