Polşa Ukrayna Silahlı Qüvvələrini gücləndirmək üçün ölkəyə gələn "PT-91 Twardy" tanklarını Ukraynaya təhvil verib.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verib ki, bu barədə Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib. "Polşadan gələn "PT-91 Twardy" artıq Ukraynadadır. Polşalı dostlarımıza təşəkkürlər",- deyə Yermak yazıb. Ancaq o polyakların təhvil verdiyi döyüş maşınlarının dəqiq sayını açıqlamayıb.
Tankların Ukraynaya təhvil verilməsini Polşa Müdafiə Nazirliyinin nümayəndəsi Kşiştof Platek də təsdiqləyib. Xatırlada qki, "PT-91 Twardy" Sovet T-72M1-in lisenziyalı versiyası əsasında Polşanın əsas döyüş tankıdır. 1995-ci ildə xidmətə başlayıb. 850 at gücünə malik PZL-Wola S-12U dizel mühərriki, yanğına nəzarət sistemi (FCS) SKO-1M "Drava", Polşa istehsalı olan termal görüntü cihazı ilə ilə təchiz edilib. Polşa ordusunun əsas tankı hesab edilir.
Bir müddət əvvəl Polşa prezidenti Andjey Duda xatırladıb ki, Polşa Ukraynaya təhvil verilənlərin əvəzinə Almaniyadan heç vaxt Leopard tankları almayıb. Almaniya hökumətinin sözçüsü Steffen Hebestreitin sözlərinə görə, isə, federal hökumət bu cür ittihamlara sadəcə, təəccüblənir.
Bundesverdə Polşanın tələb etdiyi müasir Leopard 2A7 tanklarından yalnız 50-si var və yeni maşınların istehsalı vaxt alacaq. Ötən ayın sonlarınada media Almaniya və Slovakiyanın da Ukraynaya tankların tədarükü ilə bağlı razılığa gələ bilmədiyi barədə məlumat yayıb.
İyulun 15-də Polşanın Ukraynaya göndərilən Sovet istehsalı olan T-72-ləri əvəz etmək üçün ABŞ-dan 116 Abrams tankı aldığı açıqlanıb. İyulun 18-də bu tanklar artıq Polşaya çatmışdı.
İlahin, Bizimyol.info