Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"O dünyanı görüb qayıtmağa" kömək edən DMT hormonu nədir?
"O dünyanı görüb qayıtmağa" kömək edən DMT hormonu nədir?

İnsanlar tarix boyu ölümə yaxın olan təcrübələrdən danışsalar da, elm adamları bu təcrübələrin tam olaraq, necə meydana gəldiyinə cavab tapmaqda çətinlik çəkib. Belə təcrübələrin ağıl bədəndən ayrıldığı zaman meydana gəldiyi düşünülür.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu təcrübələri yaşayan insanlar həyatda ikən ruhlarının bədənlərini tərk etməsi, ölən qohumunu ziyarət etməsi və bədənlərini hiss etməsi kimi nümunələrdən danışa bilərlər.

Ölümə yaxın təcrübələr haqqında danışan psixiatr Raymond Moody ölümə yaxın təcrübə yaşadıqlarını söyləyənlərin ortaq nöqtələri olaraq parlaq bir işıq gördüklərini, bundan əlavə, ruhlarının bədəndən ayrıldığını hiss etdiklərini, hərarət hissi keçirdiklərini və müxtəlif mistik-mənəvi varlıqlar gördüklərini bildirir. Belə təcrübələr orqanizmdə baş verən fizioloji dəyişikliklər nəticəsində baş verir.

Ölümə yaxın təcrübələrin baş qəhrəmanı ruh molekulu kimi tanınan DMT hormonudur. İnsanların ölümə yaxın təcrübələri olması insan beynində halüsinogen effekt yaradan DMT hormonu ilə bağlıdır. Dimetiltriptamin kimi də tanınan DMT beyin tərəfindən ifraz olunan bir hormondur və bitki və heyvanlarda da müşahidə edilə bilər. Beyin bu hormonu ancaq doğum və ölüm zamanı ifraz edir. Adətən, yuxular zamanı ifraz olunur və zamanın qavranılmasında dəyişikliklərə səbəb olur.

DMT hormonunun siçanlar üzərində təsirini araşdıran təcrübə zamanı infarkt keçirən siçanların beyinlərində DMT-də artım müşahidə edilib. Bu halda ölüm anı yaxınlaşdıqca bu molekulun işə düşdüyünü anlamaq mümkündür.

2018-ci ildə aparılan bir araşdırmada iştirakçılara aktiv tərkib hissəsi DMT-nin müəyyən dozalarını ehtiva edən stimullaşdırıcı dərmanlar verilib və stimullaşdırıcıları qəbul etdikdən sonra yaşadıqlarını təsvir etmələri istənilib. Maraqlıdır ki, bir çox iştirakçıların təcrübələri oxşardır və DMT-nin ölümə yaxın təcrübələrin ortaya çıxmasında mühüm amil olduğu irəli sürülüb.

Unutmayaq ki, ölüm kimi bir şeyin olduğu yerdə bu təcrübələri yaşamaq üçün müxtəlif yollar sınayan insanlar ola bilər. Amma heç kim ölmür, çünki DMT hormonunun ifraz olunması üçün ya doğulmaq, ya da əslində ölmək lazımdır. Fizioloq Jimo Borjiginin fikrincə, ölümə bənzər duyğuları, başqa sözlə, psixikaya təsir edən təcrübəni yaşamaq üçün insan beyninin istehsal etdiyindən daha yüksək səviyyəli DMT lazımdır.

DMT qədər təsirli olmasa da, müxtəlif sedativlər, LSD kimi halüsinogenlər, stimulantlar və antipsikotiklər kimi bəzi digər süni maddələr bu cür təcrübələri yaşamaq üçün istifadə edilə bilər. Əslində, ketaminin DMT-nin psychedelic təcrübəsinə ən yaxın təcrübə verdiyi deyilir. Yəni insanlar yaşadıqları həyatdan kənar bir şey gördüyünü, eşitdiyini, hiss etdiyini desələr belə, qeyri-qanuni yollara əl ataraq bunu əldə etmiş ola bilərlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »