Macarıstanın baş naziri Viktor Orban Avropa və qeyri-Avropa irqlərinin qarışdırılmasını sərt tənqid edib.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə “The Guardian” yazır. Onun çıxışı dərhal müxalifət partiyalarının nümayəndələrinin və avropalı siyasətçilərin hiddətinə səbəb olub.
“Biz Macarlar qarışıq irq deyilik və biz qarışıq irqə çevrilmək istəmirik",- deyə Orban bildiirb. O, əlavə edib ki, avropalılarla qeyri-avropalıların qarışdığı ölkələr artıq “millət” deyillər.
Xatırladaq ki, Orban illərdir oxşar bəyanatlar verir, lakin bu şərhlər sərt, həddindən artıq sağçı şəkildə ifadə edilir. Avropa Parlamentinin müxalifətdəki “İmpuls” partiyasından olan üzvü Katalin Çek baş nazirin çıxışından şoka düşdüyünü deyib. “Onun açıqlamaları, məncə, hamımızın unutmaq istədiyi bir dövrü xatırladır. Bunlar, həqiqətən, rejimin əsl simasını göstərir",- deyə Çek əlavə edib.
Rumıniyalı deputat Alin Mituta da Orbanın açıqlamalarına qəzəbli reaksiya verib. “Xüsusilə də Mərkəzi və Şərqi Avropa kimi qarışıq regionda irqi və ya etnik “təmizlik”dən danışmaq aldadıcı və təhlükəlidir”,- deyə o vurğulayıb.
Orban bu barədə əvvəllər əsas siyasi və ya ideoloji istiqamətləri ifadə etdiyi Rumıniyanın Baile Tusnad şəhərində illik çıxışı zamanı bildirib. 2014-cü ildə məhz orada o, ilk dəfə Macarıstanda liberal olmayan demokratiya qurmaq istədiyini söyləmişdi.
Xatırladaq ki, Macarıstan NATO-nun üzvüdür. Lakin Macarıstanın hökumət başçısı çoxdan Putinlə mehriban münasibətdədir və Rusiyanın geniş miqyaslı işğalından bir qədər əvvəl fevralda Moskvaya səfər edib.
Bir müddət əvvəl o Avropa İttifaqını Vladimir Putinin Ukraynaya qarşı başlatdığı “müharibədə yanlış mövqe” tutmaqda ittiham edib. Orban Aİ-yə üzv dövlətləri strategiyalarını dəyişməyə çağırıb.
İlahin, Bizimyol.info