Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünya nizamının qaydaları yenidən yazılır" - Lavrov
"Dünya nizamının qaydaları yenidən yazılır" - Lavrov

Bütün dünyaya ümid verən taxıl dəhlizi razılaşmasından 24 saat keçməmiş Ukraynanın Odessa şəhərinə zərbə vuran Rusiyadan ziddiyyətli bəyanatlar gəlməkdə davam edir. Rusiya xarici işlər naziri Sergey Lavrov Afrika səfəri zamanı verdiyi açıqlamalarla yeni dövrə başladıqlarını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Lavrov Afrikaya səfəri zamanı onların qlobal ərzaq böhranına səbəb olması ilə bağlı ittihamları rədd edib. Qahirədə Ərəb Liqasının iclasında ərəb ölkələrinin səfirləri qarşısında çıxış edən Lavrov Qərb ölkələrinin sanksiyaların qlobal ərzaq təhlükəsizliyinə təsiri ilə bağlı həqiqəti təhrif etdiyini müdafiə edib. Lavrov Qərb ölkələrini digər ölkələrə ağalıq etməyə çalışmaqda ittiham edib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra yaranan taxıl qıtlığından ağır zərbə alıb. Ukraynaya taxılını Qara dəniz vasitəsilə dünya bazarına daşımağa imkan verən saziş cümə günü İstanbulda imzalanıb. Lakin Rusiyanın şənbə günü Odessa limanına hücumu onun həyat qabiliyyətini şübhə altına alıb. Məlumata görə, Lavrov müharibəyə reaksiyaların artdığı bir vaxtda ölkəsinə dəstək almaq üçün daha üç Afrika ölkəsinə səfər edəcək.

Sergey Lavrov bildirib ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə “aqressivliyi” bir səbəblə bağlıdır: “Bu, təkcə Ukrayna deyil, dünya nizamının gələcəyidir”.

Lavrov sözlərinə belə davam edib: “Deyirlər ki, hamı dünya nizamının qaydalarına əməl etməlidir, lakin qaydalar yenidən yazılır”.

Qeyd edək ki, Misirin Rusiya ilə mühüm əlaqələri var. Rusiya müharibə başlamazdan əvvəl Misirə buğda, silah və çoxlu sayda turist göndərirdi. Lavrov Misirin xarici işlər naziri ilə birgə mətbuat konfransında Qərbi müharibəni uzatmaqda ittiham edib. Rusiyalı nazir Misirdən sonra Efiopiya, Uqanda və Konqoya səfər edəcək. Bu səfərdən əvvəl məqalə də yazan Lavrov “Rusiya öz müstəmləkəçilərindən xilas olmaq istəyən Afrika ölkələrini hər zaman səmimi şəkildə dəstəkləyib” deyib. Bu yazıda Lavrov əlavə edib ki, o, bir çox Afrika ölkələrinin Ukrayna ilə bağlı “balanslı mövqeyini” yüksək qiymətləndirir.

Afrika İnkişaf Bankının məlumatına görə, Rusiya və Ukrayna müharibədən əvvəl Afrikanın buğda ehtiyacının 40 faizini ödəyib. Misir 2019-cu ildə Ukrayna buğdasının ən böyük alıcısı olub.

Lavrov məqaləsində Rusiyanın aclığa səbəb olması ilə bağlı ittihamların “Qərb təbliğatı” olduğunu iddia edib. Lavrov əlavə edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları pandemiyadan təsirlənən beynəlxalq ərzaq bazarını daha da mənfi vəziyyətə salıb.

BBC Dünya Xidmətinin Afrika redaktoru Will Rossun fikrincə, “Sergey Lavrov Afrika ölkələrini Qərbin yox, Rusiyanın tərəfinə keçməyə inandırmaq üçün onlara deyib ki, biz sizə müstəmləkəsizləşdirmə prosesinizi başa çatdırmağa kömək edəcəyik”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »