Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinin Ukraynaya qarşı müharibəsi həm də bizə qarşı müharibədir"
"Putinin Ukraynaya qarşı müharibəsi həm də bizə qarşı müharibədir"

Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib ki, Rusiya prezidenti Vladimir Putin “Avropanın birliyinə qarşı” müharibə aparır.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, o bu barədə Paderborn meriyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin əks-sədaları Avropa İttifaqında hiss oluna bilər. Lakin Rusiyanın tammiqyaslı işğalı və Avropa dəyərlərinə mənfi təsirləri ilə barışmaq lazım deyil.

“Çünki Putinin Ukraynaya qarşı apardığı müharibə həm də Avropanın birliyinə qarşı müharibədir. Biz özümüzü parçalamağa imkan verməməliyik. Böyük ümidlə başladığımız vahid Avropa yaratmaq işini davam etdirməliyik, onların dağılmasına imkan verməməliyik",- deyə Ştaynmayer bildiirb.

O qeyd edib ki, avropalılar “onları nəyin müəyyənləşdirdiyini və onların ədalətli və insani birgəyaşayışlarını birləşdirən bağları bir daha dərk etməlidirlər”. O həmçinin vətəndaşları nöqsanlara dözməyə hazır olmağa çağırıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı "qeyri-müəyyən" mövqeyinə görə Ştaynmayer tənqid edilib. Ştaynmayer kansler Olaf Şolzun siyasətini də dəstəklədiyini deyib.

O, Vladimir Putini prezident Vladimir Zelenski ilə danışıqlara başlamağa və qoşunları dərhal Ukraynadan çıxarmağa çağırıb. Bir müddət əvvəl prezident Vladimir Zelenski deyib ki, Şolz və onun hökuməti Ukrayna və Rusiya ilə münasibətlər arasında balans yaratmağa çalışmamalıdır.

Mayın əvvəlində Almaniya prezidenti demişdi ki, Putin Ukraynaya hücum etməklə dünya nizamının əsasını məhv edir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »