Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərənin Türkiyə ilə bağlı gizli planı üzə çıxdı
İngiltərənin Türkiyə ilə bağlı gizli planı üzə çıxdı

İngiltərədə baş nazir Boris Consonun istefasından sonra kreslo yarışının iki tanınmış adından biri olan xarici işlər naziri Liz Trussın Türkiyəyə qeyri-qanuni mühacir göndərmək istəməsi barədə xəbərlərin üzə çıxması davam edir.

Bizimyol.info xəbər verir ki, Trussın baş nazir olacağı təqdirdə Ruanda ilə yanaşı, Türkiyəyə də qeyri-qanuni mühacir göndərməyi planlaşdırdığı və bu xəbərin gündəmə bomba kimi düşdüyü iddia edilib. “The Times” qəzeti İspaniya variantından imtina edildiyini, lakin Türkiyənin immiqrant göndəriləcək mümkün ölkələr arasında olduğunu yazıb. Hətta Trussa yaxın bir mənbə ingilis nazirin bu mövzuda Türkiyə ilə danışıqlara hazır olduğunu bildirib.

Böyük Britaniyanın ölkəyə qeyri-qanuni yollarla daxil olan qeyri-qanuni mühacirləri Ruandaya göndərmə planı ölkədə böyük reaksiyalara səbəb olsa da, hökumət immiqrantların Ruandaya sığınacaq müraciətlərinin göndərilməsinin insan qaçaqmalçılığının və İngilis dili vasitəsilə qeyri-qanuni immiqrant axınının qarşısını alacağını bildirir.

Məlumata görə, Baş nazirlik yarışında son iki namizəddən biri olan Truss qeyri-qanuni mühacirləri Ruandadan başqa digər ölkələrə də göndərmək istədiyini təsdiqləyib. “Mail on Sunday” qəzetinə danışan Truss Türkiyənin adını çəkmədən “Ruanda siyasəti doğrudur. Mən bunu tam şəkildə həyata keçirmək və oxşar tərəfdaşlıqlar üçün işləyə biləcəyimiz müxtəlif ölkələri axtarmağa qərarlıyam”,- deyə bildirib.

Onu da qeyd edək ki, Truss daha əvvəl İngiltərədən Ruandaya immiqrantları aparacaq təyyarənin gedişini əngəlləyən Avropa İnsan Haqları Məhkəməsinə boyun əyməyəcəyini və sərhəddəki personal sayını artıracağını da bildirib.

Digər tərəfdən, İngiltərə baş nazirliyinə digər namizəd, keçmiş maliyyə naziri Rişi Sunak Ruanda planının həyata keçməsi üçün əlindən gələni edəcəyinə söz verib. Əvvəllər isə Sunakın Liz Trussın müxtəlif ölkələrə mühacir göndərmək planına qarşı olduğu xəbəri mətbuatda öz əksini tapmışdı.

Bu arada Ruanda planı ilə bağlı müzakirələr davam edir. Britaniya mediasına görə, hökumət artıq Ruandaya 120 milyon funt-sterlinq ödəyib və məhkəmələr bu planı rədd edərsə, Böyük Britaniya bu pulu itirəcək. Ruanda keçən həftə ölkəyə yalnız 200 immiqrant qəbul edə biləcəyini açıqlayıb.

Qeyd edək ki, İngiltərə mühacirləri Ruanda və ya Türkiyəyə həmin ölkələrin razılığı ilə göndərməyi planlaşdırır. Bunun üçün İngiltərə həmin ölkələrə pul təklif edir. Bu yolla İngiltərə mühacir yükünü azaltmağı hədəfləyir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »