Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA kosmosdan şəkillər çəkdi, quraqlığın artma sürəti üzə çıxdı - Foto
NASA kosmosdan şəkillər çəkdi, quraqlığın artma sürəti üzə çıxdı - Foto

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) kosmosdan çəkdiyi fotoşəkillərlə Meksikadakı quraqlıq və su problemini ortaya çıxarıb.

Bizimyol.info xəbər verir ki, Meksikanın şimalındakı Nuevo Leon əyalətindəki Cerro Prieto bəndinin 20 iyul 2015-ci il və 7 iyul 2022-ci il tarixlərində çəkilmiş peyk fotoşəkilləri bənddəki suyun səviyyəsinin indiyədək ən aşağı səviyyəyə endiyini göstərir.

NASA, Meksikada son illərdə yaşanan quraqlığın indi 21 milyondan çox insana mənfi təsir etdiyini bildirir.

Meksikadakı quraqlığın ən çox ABŞ sərhədinin şimal əyalətləri olan Çihuahua, Koahuila və Nuevo Leon əyalətlərində və Nuevo Leon əyalətinin paytaxtı olan, su ehtiyacını təmin edən Monterrey şəhərində kənd təsərrüfatı və sənayedə olduğunu bildirib.

Qeyd edək ki, Monterrey metropoliten sahəsi 5 milyon 341 mindən çox əhalisi olan Meksikanın ikinci ən böyük metropoliten ərazisidir.

NASA-nın Cerro Prieto bəndinin peyk fotoşəkillərini paylaşmasından sonra açıqlama verən Nuevo Leon əyalətinin qubernatoru Samuel Qarsiya problemlərin keçmiş qubernatorun korrupsiyası səbəbindən yaşandığını iddia edib.

Onu da əlavə edək ki, ölkədə yağışlı mövsümün başlamasına baxmayaraq, rayonda kifayət qədər yağıntının olmaması su və quraqlıq probleminin həllində ümidsizliyə səbəb olur.

Mead gölü quruyur, ABŞ Mead gölü, ABŞ (əvvəl və indi)

Fotolar Mead gölündə də vəziyyətin ağırlaşdığını üzə çıxarıb. Fotoların müqayisəsi gölün 1937-ci ildən bəri ən aşağı səviyyəyə düşdüyünü üzə çıxarıb. Göl ABŞ-ın cənubunda yerləşir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »