Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Özləri də etiraf edirlər ki, biz qalib gələcəyik" - Zelenski
"Özləri də etiraf edirlər ki, biz qalib gələcəyik" - Zelenski

Rusiya-Ukrayna müharibəsi davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski 28 iyulu “Ukrayna Dövlət Günü” kimi qeyd edəcəklərini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna prezidenti Zelenski xalqa müraciət ünvanlayıb: “Sabah simvolik və vacib həftə başlayır. İyulun 28-i ilk dəfə Ukraynanın Dövlət Gününü qeyd edəcəyimiz həftədir. Belə amansız müharibənin 6-cı ayında, Donbassda 8 illik müharibədən sonra hər şeyə rəğmən bayram edəcəyik. Çünki ukraynalıları sındırmaq olmaz. Ukraynalılar öz müstəqilliklərindən heç vaxt əl çəkməyəcəklər. Ona görə də biz sürətimizi azaltmırıq və 5 aydır hər gün olduğu kimi düşməni maksimum itkiyə məruz qoymaq, Ukraynaya mümkün qədər dəstək toplamaq üçün əlimizdən gələni edirik”.

Hətta Rusiya vətəndaşlarının da Ukraynanın müharibədə qalib gələcəyinə inandığını bildirən Zelenski “indi birliyi qorumaq və qələbə üçün birgə çalışmaq hamımızın yerinə yetirməli olduğu ən mühüm milli borcdur. Ona görə də əvvəlki nəsillərin bacarmadığını biz edəcəyik. Bu, müstəqillik müharibəsindəki müdafiəmizə və Avropaya, Aİ-yə tamhüquqlu üzvlük istiqamətində hərəkətimizə və dünyanın ən müasir dövlətlərindən biri olmaq məqsədimizə aiddir. Hətta işğalçılar da etiraf edirlər ki, biz qalib gələcəyik. Bunu söhbətlərində, sevdikləri ilə danışanda eşidirik. Amma rahatlaşmırıq. 5 ay ərzində hər gün olduğu kimi, biz düşmənə maksimum itki vurmaq və Ukraynaya mümkün qədər çox dəstək toplamaq üçün hər şeyi edirik”,- deyə bildirib.

Qeyd edək ki, zaman-zaman Rusiya hərbçilərinin öz ailə üzvləri ilə telefon danışıqları üzə çıxır. Ukraynada döyüşən Rusiya hərbçiləri, adətən, vəziyyətin yaxşı olmadığını, çoxlu itki verdiklərini deyirlər. Onlar tez-tez etiraf edirlər ki, bu müharibədə Ukraynaya qalib gəlmələri mümkün deyil.

Rusiya müharibənin ilk günlərində iddialı davranaraq Kiyevi almaq istəsə də, buna gücü çatmadı. Ukrayna ilə müharibə Rusiyanın hərbi gücü barədə əfsanələri dağıtdı.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »