Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya mətbuatı Türkiyənin Suriyada gözlənilən əməliyyatı haqda yazıb
Britaniya mətbuatı Türkiyənin Suriyada gözlənilən əməliyyatı haqda yazıb

Türkiyənin Suriyanın şimalında başlatmağı planlaşdırdığı əməliyyat beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir. Suriyada qoşunları olan ABŞ, Rusiya və İran mümkün əməliyyata qarşı olduqlarını bildirsələr də, bölgədə hərbi fəallıq artır.

Bizimyol.info xəbər verir ki, İngiltərənin "Financial Times" qəzeti Türkiyənin mümkün əməliyyatı ilə bağlı bu gün dərc etdiyi təhlilində Türkiyənin Suriyadakı mövcud varlığının Osmanlı İmperatorluğunun dağılmasından sonra ölkə xaricindəki ən böyük iz olduğunu ifadə edib.

ABŞ-ın dəstəklədiyi PKK/YPG terror təşkilatının Suriyanın şimal-şərqində fəaliyyət göstərdiyini xatırladan məqalədə Türkiyənin Suriya müxalifətinin nəzarəti altında olan şimal bölgələrində Suriyalı uşaqların türkcə öyrəndiyi, Türkiyə pul vahidindən istifadə edildiyi vurğulanır. Hətta bir çox xidmətlərin Türkiyə səlahiyyətliləri tərəfindən təmin edildiyi və yerli işçilərin maaşlarının Türkiyə tərəfindən ödənildiyi qeyd edilir.

Məqalədə Türkiyənin Suriya əməliyyatı ilə əsas məqsədinin terror təşkilatı PKK/YPG-ni zəiflətmək olduğu, Ərdoğanın da Türkiyədəki 3,7 milyon suriyalının ölkələrinə dönə bilməsi üçün burada təhlükəsiz məkan yaratmaq istədiyi bildirilib.

“Financial Times” yazıb ki, Qərb diplomatlarına görə, bölgədə dərhal əməliyyata başlamaq üçün hazırlıq görüldüyünə dair heç bir əlamət yoxdur, lakin Suriya müxalifətinə əməliyyata hazırlaşmaq göstərişi verilib. Bildirilir ki, Suriya Milli Ordusunun komandirlərindən olan Mahmud Alito bildirib: “Son bir aydır Türkiyə əməliyyata çox ciddi yanaşır”.

Digər tərəfdən, bölgədə artan iğtişaşlara diqqət çəkən 26 yaşlı Esma adlı suriyalı qadın “Financial Times”a danışaraq “bir çox insan Türkiyənin burada öz maraqları üçün olduğunu bilir” deyib. Türkiyənin getməsinin hələ də bölgədə qorxuya səbəb olacağını qeyd edən Esma "Rusiya və Əsəd gələcək" deyə bildirib. "Financial Times" Türkiyənin mümkün Suriya əməliyyatının vaxtının Rusiyanın Ukraynadakı müharibəsi və gələn il Türkiyədə keçiriləcək seçkilər öncəsi ilə üst-üstə düşdüyünə də diqqət çəkib. Xəlifə adlı suriyalı analitik “Türkiyə həqiqətən YPG-ni heç kimin ciddiyə almadığı milli təhlükə olaraq görür” deyə bildirib.

Türkiyənin daha əvvəl də Suriyada əməliyyatlar keçirdiyini xatırladan Britaniya qəzeti yeni əməliyyata hazırlıqlar davam edərkən terror təşkilatı YPG-nin Əsəd qüvvələri ilə koordinasiyalı şəkildə Türkiyəyə qarşı döyüşməyə hazırlaşdığına da diqqət çəkib.

ABŞ-ın Türkiyə və Suriyadakı keçmiş səfiri Ceyms Ceffri Rusiyanın da bölgədəki varlığını qorumaq istədiyini “Suriya Rusiya üçün böyük uğurdur, risk etmək istəmirlər” sözləri ilə ifadə edib və  ABŞ-ın heç bir niyyətinin olmadığını bildirib.

Digər tərəfdən, "Financial Times" yazıb ki, Türkiyədə müxalifət Ərdoğanın populyarlığının azalması səbəbindən qarşıdan gələn seçkilərdə qalib gələrsə, Suriyanın şimalında bu status-kvo dəyişə bilər.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »