Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nüvə silahından sonra sərhəd çəkmək çox çətin olacaq"
"Nüvə silahından sonra sərhəd çəkmək çox çətin olacaq"

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ətrafında vəziyyət soyuq müharibə dövründə olduğundan daha təhlükəlidir. O bildirir ki, Qərb ölkələri Rusiya prezidenti Vladimir Putini nüvə silahından istifadə etməkdən saxlaya bilərlər.

Bizimyol.info Ukryana mətbuatına istinadla xəbər verir ki, bu barədə Kissincer ZDF kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyət soyuq müharibə dövründəkindən daha mürəkkəb və daha təhlükəlidir.

"Nəzərə almaq lazımdır ki,  bütün rəqiblər üçün mövcud olan texnologiyalar Soyuq Müharibə dövründə olduğundan daha mürəkkəbdir.  İndi tələb olunan liderlik bacarıqları da daha mürəkkəb və tələbkar olmalıdır”,- deyə o əlavə edib.

Henri Kissincer Henri Kissincer

Kissencerin sözlərinə görə, Putinin nüvə silahından istifadə etməsi "ayırıcı xətti keçməyə" gətirib çıxaracaq. Və bununla da ondan kənarda hər hansı sərhəd çəkmək çox çətin olacaq.

"Bu, ölkələrin 80 ildir üzləşdiyi təhlükədir. Nüvə silahının mövcud olduğu 80 ildə isə heç kim bu xətti keçmək istəməyib. Nüvə silahlarına adi silahlar və silahlı qüvvələr vasitəsilə müqavimət göstərmək mümkün deyil”,- deyə əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Müharibənin Öyrənilməsi İnstitutu yazırıd ki, Putin Ukrayna Silahlı Qüvvələrinin Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərini azad etmək və əks-hücum əməliyyatının qarşısını almaq üçün nüvə silahından istifadə etməklə hədələyə bilər.

NATO-nun baş katibi Yens Stoltenberq isə qeyd eidrdi ki,  Alyans Rusiyanın nüvə zərbəsi üçün real hazırlıqlarını hələ görmür. NATO-nun keçmiş komandanı Ceyms Stavridis hesab edir ki, Putin Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək, lakin o, kimyəvi silahdan istifadə edə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »