Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Harri Potter"in Rusiya-Ukrayna versiyası hazırlanıb
"Harri Potter"in Rusiya-Ukrayna versiyası hazırlanıb

Tanınmış ukraynalı film təhlilçisi “İKOTIKA” sehrbaz oğlan Harri Potter haqqında hekayələr əsasında müasir cizgi filmi hazırlayıb.

Əsas antaqonist, orijinal hekayədə olduğu kimi, pis sehrbaz Voldemortdur. Ukraynayönlü versiyada Rusiya prezidenti Vladimir Putinin hücumu niyə həyata keçirdiyini izah edərək onun rolunu oynayır.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki,  çizgi filmində müsbət personajlar - Harri və Ron ukraynaca, onların Hoqvarts məktəblilər sarayını dağıdan rəqibi isə rus dilində danışır.

Tam animasiya ilə müəllifin yarım milyondan çox abunəçisi olan YouTube kanalında tanış olmaq olar. Video Voldemortun Ukraynanı təcəssüm etdirən Hoqvartsın divarlarına əsgərlərini atması ilə başlayır.

Və onların onun üçün sadəcə “ət” parçası  olduğunu gizlətmir. Baş qəhrəmanlardan bədxah adamın niyə insanları kədərləndirdiyini soruşduqda,o cavab verir ki, məktəblilər onun saraylarını “bombalayıblar”.

O, həm də bildirir ki, o, sadəcə qabaqlayıcı zərbə endirib. Çünki guya içəridə güclü ordu hazırlayıb “sehrbazları öldürən qaz” yaradıblar.

Baş qəhrəmanlar isə, hücumçuya inanmırlar.

"Yaxşı, ona görə ki, Dambldor (Hoqvartsın direktoru) məndən qorxmur. Və ümumiyyətlə, mən burada oxumuşam və ona görə də bura, mənimdir",- deyə cavab verir.

Animasiya "Harri Potter və Vovan-de-Mordoviya xüsusi əməliyyatı" simvolik adını alıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »