Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan Yunanıstana xəbərdarlıq: "Bununla barışmamız mümkün deyil"
Ərdoğandan Yunanıstana xəbərdarlıq: "Bununla barışmamız mümkün deyil"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı Lozanna Sülh Müqaviləsi şərtlərinə əməl etməməkdə günhalandıraraq, "müqaviləyə sadiqlik prinsipi ilə bir araya sığmayan bu vəziyyəti ölkəmizin qəbul etməsi mümkün deyil" deyib.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Lozanna Sülh Müqaviləsinin imzalanmasının 99-cu ildönümü ilə əlaqədar verdiyi mesajda Türkiyə Cümhuriyyətinin təsis sənədlərindən biri olan Lozanna Sülh Müqaviləsi ilə quru sərhədlərinin çəkildiyini, kapitulyasiyaların ləğv edildiyini, Yunanıstanda qalan türk azlığının hüquqlarının təmin edildiyini, Türkiyə sahillərinə yaxın olan Yunanıstan adalarının qeyri-hərbi statusunun təsdiqləndiyini xatırladıb.

“Türkiyə son 99 ildə Lozanna Sülh Müqaviləsinin icrasını diqqətlə izləyib. Son zamanlar Müqavilədə qeydə alınan şərtlər, xüsusilə türk azlığının hüquqları Yunanıstan tərəfindən görməzlikdən gəlinib və ya qəsdən pozulub. Ölkəmizin mehriban qonşuluq münasibətləri və Müqaviləyə sadiqlik prinsipi ilə bir araya sığmayan bu vəziyyətlə barışmamız mümkün deyil. Lozanna Sülh Müqaviləsinin 99-cu ildönümündə Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamalı, döyüş yoldaşlarını və şəhidlərimizi hörmət və rəhmətlə yad edirəm”,- deyə o qeyd edib.

Xatırladaq ki, Lozanna Müqaviləsi 24 iyul 1923-cü ildə İsveçrənin Lozanna şəhərində Türkiyə Böyük Millət Məclisi, Britaniya İmperiyası, Fransa Respublikası, Krallığın nümayəndələri ilə imzalanıb. Lozanna müqaviləsi ilə müttəfiqlərlə Türkiyə arasında təxminən on il əvvəl başlayan müharibə rəsmən başa çatıb. Son müttəfiq qoşunlar Böyük Müharibədən daha uzun sürən işğala son qoyaraq oktyabr ayında Konstantinopolu tərk ediblər. Və oktyabrın 13-də Türkiyənin paytaxtı 470 il Osmanlı İmperatorluğunun, ondan əvvəl isə 1000 il Bizans İmperatorluğunun paytaxtı olmuş İstanbuldan rəsmi olaraq Ankaraya köçürüldü.

Xatırladaq ki, bir müddət əvvəl Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyədə Ərdoğanla görüşərək sülh mesajları versə də, az sonra ABŞ-da Türkiyə əleyhinə açıqlamalar veərək siyasətçiyə yaraşmayan davranış sərgiləmişdi. Bunun ardından Ərdoğan Mitsotakis hər hansı müzakirəni rədd etmək qərarı verdi.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »