Hər dəfə Rusiya prezidenti Vladimir Putinin ictimai çıxışlarından və ya səfərlərindən sonra informasiya məkanında onun səhhətinin vəziyyəti və Rusiyada hakimiyyət dəyişikliyinin mümkünlüyü ilə bağlı çoxlu şayiələr yaranır.
Tarixi təcrübə göstərir ki, Rusiya tarixində hər zövqə görə hakimiyyətin ötürülməsi ssenarisi baş verə bilər.
1801-ci ildə saray çevrilişi və imperator I Pavelin öldürülməsi, bolşevik üsyanı və 1917-ci ildə monarxiyanın dağıdılması, 1953-cü ildə Stalinin ölümü, 1991-ci ildə Mixail Qorbaçovun Forosda həbsi və ya 1999-cu ildə Yeltsinin əfsanəvi şəkildə prezidentlikdən uzaqlaşdırılması və s. və ilaxır.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, son həftələrdə “Kreml qüllələri” - Rusiya siyasi elitasında iki şərti fraksiya, daha sadə dillə desək, “müharibə tərəfdarı partiyası” və “sülh partiyası” varlığı ilə bağlı söhbətlər apaırlır.
“Müharibə tərəfi” dedikdə, Ukraynadakı hərbi əməliyyatlar zamanı öz resurslarını, nüfuzunu gücləndirmiş və müharibənin davam etdirilməsində israrlı olan güc blokunun və xüsusi xidmət orqanlarının nümayəndələri, “sülh tərəfi” isə müvafiq olaraq, sanksiya təzyiqi altında böyük itkilərə məruz qalan və hərbi əməliyyatlara son qoymağa çalışan iqtisadi blok və böyük biznes nümayəndələri nəzərədə tutulur.
Bu səbəbdən də Ukraynada və dünyada Putinin seçdiyi strategiyanın getdikcə fəlakətli xarakter aldığını nəzərə alsaq, onun ehtimal olunan varisləri ilə bağlı müzakirələrin davam etməsi tamamilə məntiqlidir.
Rusiya Federasiyasında hakimiyyət dəyişikliyinin iki əsas ssenarisi mövcuddur.
Bunlar elitanın öz daxilindəki hakimiyyət təlaşıdır.
“Xalq üsyanı” və hakimiyyətin “aşağıdan” dəyişməsi variantı hələ mümkün deyil. Çünki bu adi rusların tamamilə kölə, zombiləşdirilmiş və qorxudulmuş şüurlu vəziyyətinə görə mümkün deyil.
Birinci variantda Putin hakimiyyəti könüllü olaraq şərti varisə həvalə edə bilər (xatırladaq ki, Putinin özü Yeltsinin varisidir).
İkinci variantda varis yoxdur.
"Müharibə Şahinləri" - onlarla necə davranmaq olar?
İlk namizədlərdən biri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının 70 yaşlı katibi Nikolay Patruşevdir. O Ukraynada xüsusi əməliyyatların davam etdirilməsi və genişləndirilməsi ideyalarını fəal şəkildə təbliğ edir.
İkinci namizəd siyasi baxımdan unudulmuş, mərhum Jirinovskinin rolunu uğurla üzərinə götürən, Kremlin xüsusilə Ukrayna və Qərbə qarşı ən aqressiv və cəfəng mesajlarını açıq şəkildə səsləndirən eks-prezident Dmitri Medvedyevdir. Amma onun içkiyə hədsiz aludəliyi problem yaradır.
Bu personajlara Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodini də əlavə etmək olar.
Çünki o, ictimai bəyanatların mənasızlığına görə Medvedevdən geri qalmır və Ukraynada hərbi əməliyyatların fəal tərəfdarıdır.
Əvvəllər Rusiya Federasiyasının hazırkı müdafiə naziri Sergey Şoyqu da bu siyahıda yer alırdı.
Sonradan Ukraynada hərbi uğursuzluqlar onu bəzi siyasi vəzifələrə real namizdəddən çox “günah keçisi” etdi.
FTX -nin hazırkı rəhbəri Aleksandr Bortnikov da Ukraynadakı uğursuzluqlardan sonra özünə inamını xeyli itirərək oxşar vəziyyətə düşdü.
Həmçinin bu siyahıya FTX Akademiyasının məzunu olan Rusiya Federasiyasının Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev əlavə edilə bilər.
"Müharibə tərəfi" Ukrayna üçün son dərəcə təhlükəlidir.
"Sülh göyərçinləri" - Ukrayna və dünya üçün daha məqbuldur.
“Sülh partiyası" və ya aqressiv ritorikada praktiki olaraq görünməyən "güclü biznes rəhbərlərindən" ibarət iqtisadi blok, təhlükəsizlik güclərindən mümkün qədər uzaqdır və Qərb ölkələrində danışıqlar apara biləcək sivil siyasi fiqurlar kimi təsir bağışlayır.
Bura ilk növbədə, Rusiya prezidentinin administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonu aid etmək olar. O 90-cı illərdən bəri tanınır. Son vaxtlar Kiriyenko Putin və kuratorun əhatəsində bir növ "boz şahzadə" hesab olunur.
Siyahıda həmçinin hazırkı baş nazir Mixail Mişustin, Moskva meri Sergey Sobyanin və maliyyə naziri Anton Siluanov, Patruşevin oğlu Dmitri də var.
Bəzən Rusiya prezidentinin qızı Yekaterina Tixonovananın da bu siyahıda yer ala biləcəyi düşünülür. Amma Putin özü hələ də onunla ailə münasibətləri faktını təsdiqləməyib.
Bütün bu siyasi fiqurlar Ukrayna üçün heç də az təhlükəli deyil.
Odur ki, gələcək vəziyyəti sadəcə, proqnozlaşdırmaq olar. Həqiqətdə nə olacağını isə, zaman göstərəcək.
İlahin, Bizimyol.info