Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu cümlədə Rusiya elitasına tanış olmayan o qədər söz var, elə deyilmi?"
"Bu cümlədə Rusiya elitasına tanış olmayan o qədər söz var, elə deyilmi?"

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Kiyev rejiminin devrilməsi” ilə bağlı bəyanatını şərh edib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki,  bu barədə Mixail Podolyak öz Telegram səhifəsində yazıb.

"Lavrovun Ərəb Liqasına üzv ölkələrin nümayəndələri ilə görüşündə bəyanatları yayda niyə papaqsız günəş altında hərəkət etməməyin lazım olduğunu xatırladır. Klassik Rusiya şizofreniyası: səhər deyirsən ki, Moskva danışıqlar üçün çalışır, axşam isə - məqsədinizin "xalq əleyhdarı Kiyev rejimindən qurtulmaq" olduğunu bildirirsiniz. Və bunu heç bir səbəb olmadan başqa bir ölkənin ərazilərini işğal edən və ukraynalıları amansızcasına öldürən barbar ölkəni təmsil edən bir subyekt deyir”,- deyə Prezident Aparatı rəhbərinin müşaviri bildirib.

Onun sözlərinə görə,  Rusiyada seçkilər ədalətli keçirilmir - hakimiyyəti vətəndaşların özləri seçmirlər.

“Unutmayın ki,  xarici dövlətin işlərinə qarışmaqla siz özünüz də tarixin zibil qutusuna düşə bilərsiniz”-deyə o əlvə edib.

"Belə  deyim, Rusiyada vəziyyət həbsxanalarda olduğu kimidir. Ukraynada isə ədalətli, rəqabətli, demokratik seçkilərdə qalib gələn qanuni seçilmiş hökumət var. Bu cümlədə Rusiya elitasına tanış olmayan o qədər söz var, elə deyilmi? Qərar vermək,  "antitarix rejimləri" atmaq, təsadüfən tarixin qeyd-şərtsiz zibil qutusuna düşməmək vacibdir. Xüsusən də sivilizasiya bu qədər sənədləşdirilmiş ağır hərbi cinayətlər törətmiş subyektlərə qarşı həddindən artıq laqeyd deyilsə",- deyə Mixail Podolyak vurğulayıb.

Xatırladaq ki, Lavrov dünən “daha yaxşısına layiq olan Ukrayna xalqına yazığı gəldiyini” deyərək “Rusiyanın ukraynalılara anti-xalq və anti-tarixi Kiyev rejimini devirməkdə kömək edəcəyini” vəd edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »