Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qara dənizdə Ukrayna taxılını üçüncü tərəf də qoruyacaq
Qara dənizdə Ukrayna taxılını üçüncü tərəf də qoruyacaq

Rusiya və Türkiyə ilə birlikdə Qara dənizdə Ukrayna taxılı olan gəmilərin təhlükəsizliyini üçüncü tərəf təmin edəcək, o daha sonra müəyyən ediləcək.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasına üzv ölkələrin daimi nümayəndələri ilə görüşdə deyib.

“İstanbulda biz razılığa gələ bildik: Ukrayna minatəmizləmə ilə məşğuldur, açıq dənizə gəmilər buraxır, Rusiya, Türkiyə və başqa iştirakçı müəyyən olunmalı, gəmini Bosfor boğazına qədər müşayiət edir ”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, İstanbulda razılaşmalarla eyni vaxtda imzalanmış Rusiya-BMT memorandumu BMT baş katibini prosesə başlamaq, Qərb ölkələrini razı salmaq və Rusiya taxılının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul etmələrini tələb edir.

Nazir bildirib ki, ərzaq məhsulları bilavasitə sanksiyalara düşməsə də, ərzaq məhsulları olan Rusiya gəmilərinin xarici limanlara, xarici gəmilərin taxıl üçün Rusiya limanlarına daxil olmasına, habelə ödəniş və sığorta mexanizmlərinə məhdudiyyətlər qoyulub:

“Bu, qlobal ərzaq böhranını daha da ağırlaşdırıb”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »