Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Amerika məktəblərində ibadətlə bağlı qadağalara etiraz edib
Tramp Amerika məktəblərində ibadətlə bağlı qadağalara etiraz edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühafizəkar gəncləri təhsildə radikal LGBT quruluşu ilə mübarizə aparmağa çağırıb.

APA xəbər verir ki, o, belə bir mesajla "Turning Point Action" təşkilatının iştirakçılarına müraciət edib.

“Təhsil sistemimiz xəstədir. Məktəblərdə ibadət etmək qadağandır, lakin dreq-şoulara icazə verilir. İndi siz uşaqlara Müqəddəs Kitabı öyrədə bilməzsiniz, ancaq onlara kişilərin hamilə qala biləcəyini öyrədirsiniz” deyə Tramp bildirib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərindəki dövlət məktəbləri oğlan və qızlar üçün tualetləri ləğv edib, əvəzində “uşaqların cinsi kimliyinə uyğun gələn” tualetlər yaradıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »