Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həştərxana uçan təyyarənin Bakıya geri qayıtmasının səbəbi açıqlanıb
Həştərxana uçan təyyarənin Bakıya geri qayıtmasının səbəbi açıqlanıb

“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə APA-ya aviaşirkətin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Qeyd edilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »