Alimlər müəyyən ediblər ki, alış-verişdən əvvəl qəhvə içmək daha çox pul xərcləməyə səbəb olur. Mütəxəssislər deyirlər ki, uyğun miqdarda qəhvə insan sağlamlığına müsbət təsir göstərsə də, həddindən artıq kofein sağlamlığa zərərlidir.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Florida Universitetinin alimləri qəhvə və xərcləmə vərdişləri arasında əlaqənin olub-olmadığını araşdırmağa başlayıb. Aparılan araşdırmalar nəticəsində qəhvə ilə pul xərcləmək vərdişi arasında sıx əlaqə olduğu müəyəyn edilib. Belə ki, araşdırmanın nəticələrinə görə, alış-verişdən əvvəl qəhvə içmək pul xərcləmək istəyini artırır.
Mütəxəssislərin fikrincə, alış-verişdən əvvəl qəhvə içdiyiniz zaman ətirli şamlar, ətraf qoxuları, masaj alətləri və dekor əşyaları kimi kateqoriyalarda daha çox pul xərcləməyə meyilli olursunuz. Araşdırma real həyat şəraitində aparılıb. Fransa və İspaniyadakı 300 alıcının yarısına kofein olan qəhvə, digər yarısına isə su verilib. Qəhvə içən insanlar su içənlərə nisbətən daha çox pul xərcləyib və daha çox məhsul alıblar.
Qəhvə insanların pul xərcləmək istəyini necə artırır?
Alimlərin fikrincə, qəhvə yüksək təsirli stimullaşdırıcıdır. Qəhvənin bədəni qüvvətləndirdiyini açıqlayan elm adamları özünü enerjili hiss edən şəxsin məhsul xüsusiyyətlərini anlamaq qabiliyyətini artırdığını və bunun nəticəsində mənalı məhsullar aldığını söyləyirlər. Qısası, qəhvə ölçülü istehlak edildikdə sağlamlıq üçün faydalı olsa da, pul kisəniz üçün faydalı deyil.
İlahin, Bizimyol.info