Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
QMİ sədri: "Erməni kilsəsi Azərbaycana qarşı böyük yalan təbliğat aparır"
QMİ sədri: "Erməni kilsəsi Azərbaycana qarşı böyük yalan təbliğat aparır"

"Erməni kilsəsi Azərbaycana qarşı yalan üstündə qurulmuş çox böyük təbliğat aparır. Onlar dünyaya Azərbaycanda erməni kilsələrinin dağıdıldığını, onların məscidlərə, alban-udin kilsələrinə çevrilməsi barədə yalan məlumatlar yayırlar".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin təşkil edilməsi nəzərdə tutulur: "Azərbaycana ən yaxın gürcü kilsəsidir. Gürcüstanın xristian din xadimlərinin Qarabağa səfər edib ermənilərin dağıtdığı məscid, kilsələri öz gözləri ilə görməsini istəyirik".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »