Ukrayna Rusiya ilə deyil, Türkiyə və BMT ilə Ukrayna taxılının ixracının təşkil edilməsinə dair saziş imzalayıb.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə , Ukrayna Prezident Aparatı rəhbərinin müavini Andrey Şiba öz sosial şəbəkə səhifəsində bildirib.
Bir müddət əvvəl prezidentin müşaviri Mixail Podolyak qeyd etmişdi ki, Ukrayna Rusiya ilə birbaşa müqavilə imzalamayacaq. O həmçinin qeyd edib ki, Ukrayna yalnız BMT və Türkiyə ilə oxşar saziş imzalayıb.
"Ukrayna Rusiya ilə heç bir sənəd imzalamayıb",- deyə Podolyak sosial şəbəkə hesabında yazıb.
“Biz Türkiyə və BMT ilə müqavilə imzalayırıq və bu tərəflər qarşısında öhdəliklər götürürük. Rusiya Türkiyə və BMT ilə “güzgü “sazişi imzalayır”,- deyə o əlavə edib.
Podolyak bildirib ki, müqavilənin şərtlərinə Ukrayna limanlarında yük gəmiləri və təcavüzkar ölkənin nümayəndələri üçün Rusiya Hərbi Dəniz Qüvvələrinin müşayiətinin olmaması daxildir.
"Təxribat olarsa, dərhal hərbi cavab veriləcək. Belə bir ehtiyac yaranarsa, yük gəmilərinin bütün yoxlamaları Türkiyə sularında ümumi nəzarət qrupları tərəfindən həyata keçiriləcək”,- deyə o əlavə edib.
Amerikalı rəsmilərin fikrincə, Rusiya Ukraynadan taxıl ixrac etmək üçün Ukrayna limanlarını və Qara dənizdəki dəniz yollarını qəsdən bağlayır. Rusiya həmçinin taxıl elevatorlarına, dəmir yolu infrastrukturuna və hətta taxıl sahələrinə raket zərbələri endirməklə, yanğın törədərək dəmir yolu ilə taxıl ixracının qarşısını alır.
Kreml rəsmiləri Ukrayna limanlarının blokunun açılması müqabilində Rusiyaya Ukraynaya qarşı müharibəyə görə tətbiq edilən sanksiyaların ləğvini tələb edib.
İlahin, Bizimyol.info