Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Tayvana nə zaman hücum edəcək?
Çin Tayvana nə zaman hücum edəcək?

Rəsmi Pekin Yaponiya Müdafiə Nazirliyinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin Çinin Tayvana potensial işğalı üçün presedent yaratdığına dair bəyanatlarına cavab verib. Bildirilib ki, Tokio “pasifizm yolundan getdikcə daha çox yayınır”.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbinq brifinqdə bildirib. Diplomat ittihamları rədd edərək onları "əsassız" adlandırıb. O, Yapon militarizmi tərəfindən başlanan xarici təcavüzün yaxın tarixini xatırladıb.

Qeyd edib ki, Yapon Ağ Kitabında ilin sonuna qədər müdafiə sənədlərinin nəzərdən keçirilməsi, müdafiə büdcəsinin daha da artırılması və əks-hücum imkanlarının inkişaf etdirilməsi haqqında danışılır.

"Bütün bunlar Yaponiyanın pasifist və sırf müdafiə strategiyası yolundan getdikcə daha çox yayınması ilə bağlı narahatlıq yaradır",- deyə çinli diplomat bildirib. Xatırladaq ki, özünü "Çin Respublikası" adlandıran Tayvan 17 ölkə tərəfindən tanınan dövlətdir. Vətəndaş müharibəsində Mao Zedong kommunist rejimi tərəfindən məğlub edilməzdən əvvəl Çinin bütün ərazisinə nəzarət edirdi.

1949-cu ildən bəri yalnız Tayvana və bir neçə kiçik adaya nəzarət edir. ÇXR Tayvanı özünün əyaləti hesab edir və dinc yolla birləşmə arzusunu bəyan edir. Tayvan isə işğal olunarsa, silahlı müqavimət göstərməyə hazır olduğunu bildirir. Tayvanın müstəqilliyi ABŞ və digər Qərb ölkələri tərəfindən dəstəklənir. Venbinq əlavə edib ki, Tayvan Çinin daxili işidir.

Qeyd edək ki, Çinin müdafiə naziri Vei Fenghe, Pentaqon rəhbəri Lloyd Ostin ilə görüş zamanı Tayvanın müstəqilliyini elan edəcəyi təqdirdə Pekinin müharibəyə getməkdən çəkinməyəcəyini deyib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »