Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"3 il zənglərimə cavab vermədi, indi deyir, "gəl, danışaq"" - Zelenski
"3 il zənglərimə cavab vermədi, indi deyir, "gəl, danışaq"" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan söz açıb. O, qeyd edib ki, indiki vəziyyətdə Rusiya Federasiyası tərəfindən işğal edilmiş bütün Ukrayna əraziləri azad edilənə qədər danışıqlar  yersizdir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  Zelenski bu barədə “The Wall Street Journal”a müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna tərəfi fevralın 24-ə qədər Moskva ilə diplomatiya yolu ilə danışıqlar aparmağın yolunu tapmağa çalışırdı. Zelenskinin sözlərinə görə, Putin üç il ərzində onun telefon zənglərinə belə cavab verməyib.

"O, mənimlə danışmadan  bura gəldi, insanları öldürdü. 12 milyon insanın köçməsinə səbəb olu. İndi isə deyir ki, Ukrayna danışıqlar aparmaq istəmir. Sadəcə, insanları öldürürlər, şəhərləri dağıdırlar. İşğal edib sonra da deyirlər: "Gəlin danışaq". Kiminlə danışa biliərlər? Daşlarlamı? Onlar qan içindədirlər və bu qan yuyula bilməz. Biz bu qanı yuyub aparmağa imkan verməyəcəyik”,- deyə Ukrayna lideri bildirib.

Zelenski vurğulayıb ki, beş aylıq genişmiqyaslı müharibədən sonra, yaşanan bütün faciələrdən sonra Ukrayna vətəndaşları Rusiya ilə danışıqlara hazır deyil.

"Cəmiyyət hesab edir ki, ilk növbədə bütün ərazilər azad edilməlidir, ondan sonra nə edəcəyimizi və qarşıdakı əsrlərdə necə yaşayacağımızı razılaşdırmaq mümkün olacaq. Xalqımız əmindir ki, biz bunu edə bilərik. Və biz bunu nə qədər sürətlə etsək, daha az insan ölər”,- deyə o vurğulayıb.

Zelenski qeyd edib ki,  Ukrayna öz ərazilərini qeyri-hərbi yolla işğaldan azad etməyə və insanların həyatını xilas etməyə üstünlük verəcək.

Xatırladaq ki, bir müddət əvvəl  Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğalından bir müddət sonra qoşunlarının “danışıqlar üçün şərait yaratmaq məqsədilə” Kiyevdən geri çəkdiyini bildirib.

Bir neçə gün əvvəl isə Putin Ukraynanın danışıqlardan yayındığını deyib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »