Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu raketlər üçüncü dünya müharibəsinə səbəb olar" - ABŞ
"Bu raketlər üçüncü dünya müharibəsinə səbəb olar" - ABŞ

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Ukraynaya HIMARS üçün ATACMS raketləri  verilməyəcək. Çünki ABŞ bunun üçüncü dünya müharibəsinə səbəb ola biləcəyindən ehtiyat edir.

Bizimyol.info  xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Aspendə keçirilən təhlükəsizlik forumunda məlumat verib.

Onun sözlərinə görə, Bayden Ukraynanı 300 km məsafəni vuran ATACMS raketləri ilə təmin etməyə hazır olmadığını bildirib. Çünki o hesab edir ki, “əsas məqsəd  üçüncü dünya müharibəsinin başlamasına səbəb olmamaqdır”.

"Prezident bildirir ki, o, Ukraynanın çox səmərəli istifadə etdiyi HIMARS üçün mürəkkəb, dəqiq idarə olunan döyüş sursatları verməyə hazırdır. Amma o, uzaq mənzilli raketlər verməyəcək ",- deyə  Sallivan bildirib.

Sallivann sözlərinə görə,  ABŞ Ukraynanı dəstəkləmək və qorumaq üçün “lazım olan hər şeyi” edəcək.

Xatırladaq ki, ATACMS Amerika operativ-taktiki ballistik raket sistemidir. M142 HIMARS və M270 MLRS buraxılış qurğuları raketlərin buraxılması üçün nəzərdə tutulub.

ATACMS raketinin müxtəlif modifikasiyaları 165-310 km arasında atış məsafəsinə malikdir. Bu günə qədər  Ukrayna HİMARS üçün 70-80 km məsafəni vuran mərmilər alıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Rusiya xəttinin arxasındakı anbarlara və qərargahlara zərbələr endirmək üçün HIMARS-dan istifadə edir.

Amerikalılar Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında HIMARS raket sistemindən uğurla istifadə etməsindən məmnundurlar.

Qeyd edək ki,  lend-liz ABŞ-ın Ukraynaya hərbi yardımının əlavə alətidir və bu hələ işləmir. Çünki amerikalılar üç mövcud proqram vasitəsilə hərbi yardım köçürür.

Müdafiə naziri Aleksey Reznikovun fikrincə isə,  Amerikanın HIMARS raket sistemləri döyüş meydanında böyük fərq yaradıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »