Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qorxulu yuxular görürsünüzsə, ciddi probleminiz var
Qorxulu yuxular görürsünüzsə, ciddi probleminiz var

Kabuslar insanın yuxusunun keyfiyyətinə təsir edir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə həkim somnoloq Roman Buzunov danışıb.  Onun fikrincə, yuxular, xüsusən də kabuslar yığılmış məlumatların işlənməsidir. Buzunovun fikrincə, gecələr istirahət edərkən uzunmüddətli yaddaş formalaşır, ətraf mühitə uyğunlaşma baş verir və necə davam etmək barədə həll yolları tapılır.

“Kabus yuxular zamanı vəziyyəti idarə etməni itirən beyin özü üçün çarə axtarır. Bəzən yuxularda, qaç, yetiş, döyüş deyə bağıran insanlar olur. Bu “adaptiv element”dir”,- deyə o əlavə edib.

Mütəxəssis bildirib ki, insanlar böyük stress keçridikləri zaman daha çox kabus görməyə başlayır. Kabuslar "sinir sistemini tükəndirir", obsesif vəziyyət yarada bilər. “Beyin bu vəziyyətə zamanla düşür. Stressə uyğunlaşa bilmir, necə davam edəcəyinə qərar verə bilmir, heç bir həll yolu tapa bilmir və dəhşət içində oyanır. Bu, artıq narahatlıq, depressiyaya səbəb olan problemdir. Bu zaman bir mütəxəssisə müraciət etmək vacibdir”,- deyə o bildirib.

Həkim qeyd edib ki, əgər insan hər gün kabus görürsə, beyin yatıb dincələ bilmir. Və günə yorğun başlayan beyin əmək qbailiyyətinə, şəxsi həyata və s. təsir edir.

“Əgər kabuslar sizin həyatınıza təsir edəcək qədər güclüdrüsə, siz rahat yatıb yuxunuzu ala bilmirsinizsə, səhərlər yorğun oyanırsınızsa və yaxud yatdığınız zaman sanki “beyniniz yatmayıbmış” kimi hiss edirsinizsə, mütləq bir mütəxəssisə müraciət edin. Bəlkə sizə bu kiçik problem kimi görünə bilər. Amma əmin olun ki, bunun arxasında böyük problemlər gizlənmiş ola bilər”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »