Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriptovalyuta yaradıcısını fırıldaqçı çıxardılar
Kriptovalyuta yaradıcısını fırıldaqçı çıxardılar

ABŞ “My Big Coin” kriptovalyutasının yaradıcısı Randall Krateri fırıldaqçılıqda təqsirləndirib. Belə ki, həmin şəxsə oktyabr ayında hökm oxunacaq. Ümumilikdə onu 110 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, müttəhimin “My Big Coin Pay” şirkəti 2014-2017-ci illərdə kriptovalyuta vasitəsilə virtual ödəniş xidmətləri təklif edib.

Bu müddət ərzində onlar qurbanlardan ən azı 6 milyon dollar mənimsəyiblər.  Krater investorları inandırıb ki, “My Big Coin”-də 300 milyon dollar qızıl, neft və digər aktivlər var və şirkət özü MasterCard ilə əməkdaşlıq edir. Bununla yanaşı, o, koinin başqa virtual və ya fiad valyuta ilə dəyişdirilə bildiyinə inandırıb. Kraterin fırıldağının üstünü əvvəlcə ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyası açıb. Belə ki, Ticarət komissiyası 2018-ci ildə tənzimləyici Krater və onun şirkətini fırıldaqçılıqda mülki iddialarda ittiham edir.

Bir il sonra işə federal prokurorlar da qoşulur.  Araşdırmalar zamanı məlum olub ki, bu müddət ərzində Kraterin 40 qurbanı olub. Və o qurbanlarında 6 milyon dollar oğurlayıb. Krater bu pulları bahalı avtomobillərə, zinət əşyalarına, sənət əsərlərinə və antik sikkələrə xərcləyib.

Qeyd edək ki, bitcoin ilə uyğunluğa baxmayaraq, “My Big Coin”, əslində əsl kriptovalyuta olmayıb. Belə ki, bu aktiv hətta şəbəkə iştirakçılarının bütün əməliyyatlarının qeydə alındığı bütün virtual sikkələrin məcburi komponenti olan blokçeynə də əsaslanmayıb. 57 yaşlı fırıldaqçıya oktyabrın 27-də hökm oxunacaq.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ  “kripto kraliçası” Ruja İqnatovanı axtarışa vermişdi. O, “OneCoin” kripto piramidasının qurucusu olub və investorları aldadaraq milyardlarla dollar mənimsəyib.

P.S. Qısası, kriptovalyuta sahəsi çox təhlükəli sahədir. Bu işlə məşğul olan zaman və ya investitsiya düşünən zaman çox diqqətli olmaq laızmdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »