Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Macarıstan Avropa Komissiyasının qaz istehlakını azaltmaq planına qarşıdır
Macarıstan Avropa Komissiyasının qaz istehlakını azaltmaq planına qarşıdır

Macarıstan Avropa Komissiyasının (AK) 2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər qaz istehlakını 15% azaltmaq planına qarşı çıxıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Əsas problem Avropa İttifaqına bəzi üzv dövlətlərin fövqəladə vəziyyətin mümkün tətbiqinin və Avropa Komissiyası tərəfindən istehlakın azaldılması üçün məcburi hədəflərin müəyyən edilməsinin qanuni olduğuna dair şübhələrindədir.

Macarıstan xüsusilə Rusiya ilə əlavə qaz alışı ilə bağlı danışıqlar apardığını bəyan edib. Rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra Moskvada mətbuat konfransında çıxış edən xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto qeyd edib ki, Budapeşt Rusiyadan əlavə həcmdə təbii qazın alınmasına dair razılığa ən qısa zamanda nail olmaq istəyir.

Öz növbəsində Avropa Komissiyası bu qərarın Aİ ölkələri arasında müzakirəsinin normal olduğunu qeyd edib, lakin qaz istehlakının azaldılmasının aşkar zərurətini adlandırıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »