Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Bugünkü razılığın sülhə töhfə verməsini arzu edirəm"
Ərdoğan: "Bugünkü razılığın sülhə töhfə verməsini arzu edirəm"

“Bu gün əldə etdiyimiz razılıqla dünyada aclıq təhlükəsinin qarşısının alınmasına töhfə vermiş olacağıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Ukrayna və BMT nümayəndələri arasında taxıl ixracına dair sazişin imzalanmasından əvvəl deyib.

“Cənab Putin və cənab Zelenskiyə təşəkkür edirəm. Təəssüf ki, 4 ay əvvəlki İstanbul görüşündən sonra savaş daha da gərginləşdi. Əvvəldən bəri deyirik ki, müharibənin qalibi olmayacaq. Müharibə bütün bəşəriyyətə mənfi təsir göstərir. Günahsızların ölümü bahasına başa gələn müharibənin dayanmasını istəyirik. Bugünkü razılığın sülhə töhfə verməsini arzu edirəm”, - o bildirib.

Son xəbərlər
Bütün xəbərlər »