Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəngəzur dəhlizi ilə məhsulları Avropaya çatdıra biləcəyik"
"Zəngəzur dəhlizi ilə məhsulları Avropaya çatdıra biləcəyik"

Azərbaycandan Avropaya təbii qaz nəqli artmaqda davam edəcək və 2023-cü ildən etibarən illik 12 milyard kubmetrə çatacaq. Bu barədə ötən həftə, Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Leyen Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumun imzalanması zamanı deyib. O, qeyd edib ki, bu Rusiya qazının ixtisar edilməsi ilə əmələ gələn boşluğu doldurmağa imkan verəcək və Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirməyə imkan verəcək.

İqtisadçı Emin Qəribli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu memarandumun imzalanmasında məqsəd Rusiyadan asılılığı aradan qaldırmaq məqsədi daşıyır.

Emin Qəribli Emin Qəribli

“Təxmini proqnozlara görə 2030-cu ildə qaza tələbat get-gedə artacaq. Ona görə də, müvafiq olaraq Azərbaycan da Avropaya ixracatı artırırdı. Rusiya qazından asılı olmayaraq, Azərbaycan artıq uzun müddət idi ki, müvafiq strategiyası mövcud idi. Bir il bundan öncə Rusiyanın energetika naziri qeyd edirdi ki, “qaz ixracatçı dövlətlərin qaz ixracatı təşkilatı yaratmasına ehttiyac var” .

Yəni bu dövlətə zidd deyil. Vəziyyətdən belə görünə bilər ki, biz Rusiyaya qarşı və ya Rusiyanı əvəzləyərək, Rusiya qazı əvəzinə bu qazı göndəririk. Bəli, amma, digər tərəfdən biz bilirik ki, Xəzər hövzəsində dünyanın ən böyük qaz yataqları mövcuddur. Hələ o dövrlərdə heç kimin ağlına gəlmirdi ki, gələcəkdə qazın əhəmiyyəti belə artacaq. Amma ekspertlər bunu bilirdilər. İndi də görürük ki, qaz nəqli imkanları get-gedə artır. Müvafiq investisiyalar yatırılır. Digər tərəfdən də Azərbaycanında qaz yataqları var. Onlar Avropaya ixrac olunacaq. Bununla da Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi artacaq”,- deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rol oynayırsa, deməli, əhəmiyyəti artacaq. Ekspert hesab edir ki, bu dünya iqtisadiyyatına inteqrasiya imkanlarını da artacaq. Azərbaycanın siyasi məsələlərdə, mövqeyi artdıqca, uzun müddət həll olmayan problemləri həllini tapır.

“Biz Zəngəzur dəhlizi ilə məhsulları Avropaya çatdırmağı reallaşıdıra biləcəyik. İndi biz beynəlxalq dünya iqtisadiyyatında mövqemizi artırmalıyıq və bunu da bacarırıq. Hesab edirəm ki, bütün bu qarşıda qoyulan məqsədlərə qısa zaman ərzində nail ola biləcəyik” - deyə iqtisadçı əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »