Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraqda Türkiyə əleyhinə aksiyalar böyüyür: Səfirliyi tərk etmirlər
İraqda Türkiyə əleyhinə aksiyalar böyüyür: Səfirliyi tərk etmirlər

Ötən gün İraqın Duhok bölgəsində baş verən hücumdan sonra Bağdad rəhbərliyinin heç bir sübut göstərmədən Türkiyəni ittiham etməsi ilə başlayan hadisələr böyüyür.

Bizimyol.info xəbər verir ki, ötən gün Duhokda həyata keçirilən hücumda aralarında yeni evlənən cütlük və bir körpə də daxil olmaqla 9 nəfər həyatını itirib. İraq rəhbərliyi heç bir konkret əsas və dəlil göstərmədən Türkiyəni günahlandırıb.

Hadisə ilə bağlı birgə təhqiqat və əməkdaşlığa başlamağı təklif edən Ankara ittihamları birmənalı şəkildə rədd edib. Bağdad rəhbərliyinin təhriki ilə küçələrə çıxan yüzlərlə iraqlı dünən Türkiyə əleyhinə nümayiş təşkil edib. Hücumda həyatını itirənlərin dəfn mərasimində Türkiyə əleyhinə şüarlar səsləndirilib, Türkiyənin viza mərkəzinin qarşısında toplaşan izdiham Türkiyə bayrağını yandırıb.

İraq Xarici İşlər Nazirliyi , “bütün əlamətlər Türkiyənin hücuma görə məsuliyyət daşıdığını göstərir, lakin onların bunu inkar etməsi pis zarafatdır. Ola bilsin ki, İraq iqtisadi addımlara əl atsın”,-deyə bildirib.

Məlumata görə, dünən yüzlərlə nümayişçi Türkiyənin İraqın paytaxtı Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Təxminən 500-ə yaxın nümayişçi Türkiyə səfirliyi qarşısında toplaşarkən dava düşüb.

Britaniyanın Reuters xəbər agentliyinə danışan nümayişçilərdən biri deyib: “Biz İraq hökumətindən real reaksiya gözləyirik. Bağdad rəhbərliyi və İraq Kürd Regional Rəhbərliyi bu hücumlara çox zəif reaksiya verdi”.

Hadisələrdən sonra Bağdaddakı səfirliyin rəsmi Tvitter hesabında ağ-qara şəkil paylaşılıb. Fotoda Türkiyə bayrağının yarıya qədər endirildiyi görünür.

Digər tərəfdən Mosul baş konsulu Mehmet Küçüksakallı Tvitter hesabından açıqlamalar verib. Küçüksakallı şəxsi Tvitter hesabından ərəb və türkcə yazdığı mesajda, “dünən Zahoda PKK terror aktında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyir, kədərli ailələrə və qardaş İraq xalqına başsağlığı verirəm”,- deyə qeyd edilib.

Küçüksakallı Türkiyə bayrağının yarıya bölündüyü fotonu da paylaşıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »