Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABB-nin dəstəyi ilə “Gənc Fermer” Ümumrespublika Biznes Oyununa start verilir
ABB-nin dəstəyi ilə “Gənc Fermer” Ümumrespublika Biznes Oyununa start verilir

ABB-nin, Gənclər və İdman Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin  tərəfdaşlıq dəstəyi ilə “Gənc Fermer” Ümumrespublika Biznes Oyunu layihəsinə start verilir. Layihənin təşəbbüskarı və icraçısı Aqrar İnkişaf Könüllüləri Təşkilatıdır. Belə bir layihənin həyata keçirilməsində məqsəd gənclərin aqrar biznes sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

İlkin mərhələdə komandalar formalaşdırılacaq. İştirakçılar üçün layihələrin yazılması, aqrar təsərrüfat sahələri üzrə təlimlər və səfərlər təşkil olunacaq.

Növbəti mərhələdə biznes oyunu keçiriləcək. Oyun rayondaxili və final mərhələsi olmaqla 2 mərhələdə təşkil olunacaq. Birinci mərhələdə münsiflər heyətinin qiymətləndirməsinə əsasən, hər rayon üzrə 1 qalib komanda rayonlararası yarışa vəsiqə qazanacaq. 2022-ci ildə Gənclər Paytaxtı elan edilmiş Tovuz rayonunda keçiriləcək final mərhələsində isə oyunun qalibləri müəyyənləşdiriləcək. İlk 3 yerin qalibi olan gənclər hədiyyələrlə mükafatlandırılacaq, müxtəlif qurumlarda peşəkar təcrübə imkanı qazanacaqlar.

Layihəyə qoşulmaq üçün buradan qeydiyyatdan keçmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »