Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hakimiyyəti "dost olmayan ölkələr" siyahısını genişləndirib
Rusiya hakimiyyəti "dost olmayan ölkələr" siyahısını genişləndirib

Rusiya hakimiyyəti Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiyanı da əlavə edərək "Rusiyaya dost olmayan ölkələr"in siyahısını yeniləyib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb. Qeyd edilib ki,  bu dövlətlər Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edirlər. Həmçinin bildirilib ki, yeni siyahı yekun siyahı deyil.

Mixail Mişustin Mixail Mişustin

Xatırladaq ki, siyahı  Rusiya Federasiyasındakı səfirliklərdə, konsulluqlarda və dövlət qurumlarında olanlar arasından işçiləri işə götürməyi məhdudlaşdırmaq və ya qadağan etmək imkanı istisna olmaqla heç bir şeyə təsir göstərmir.

Rusiya hakimiyyəti bəzi ölkələrin diplomatik nümayəndəliklərinin işçilərinin sayını məhdudlaşdırıb. Belə ki, Yunanıstan 34-dən çox olmamaqla, Danimarka - 20-yə qədər, Slovakiya - 16 nəfəri işə götürə biləcək. Sloveniya və Xorvatiyaya isə ümumiyyətlə, işə götürmək qadağan edilib.

Qeyd edək ki, 2021-ci ilin may ayında ABŞ və Çexiyanın diplomatik nümayəndəliklərinə qarşı məhdudiyyətlər tətbiq edilib. 2021-ci ilin yazında Rusiya hakimiyyəti ABŞ, Britaniya, Yaponiya, bütün Aİ ölkələri və digərləri də daxil olmaqla belə bir siyahını tərtib etməyə başlayıb.

“Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə formalaşdırılan “Rusiyaya dost olmayan ölkələr” siyahısı vaxtaşırı yenilənəcək”. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

İlk olaraq dost olmayan ölkələr siyahısına 9 “dost olmayan” dövlət daxil edilib. Bura Ukrayna, ABŞ, Litva, Latviya, Estoniya, Gürcüstan, Polşa, Çexiya və Britaniya daxildir.

Mart ayında Rusiya prezidenti Vladimir Putin siyahıda yer alan ölkələrin qazın pulunu rublla ödəməli olduqlarını elan edib və Rusiya borclularının bu ölkələrin kreditorlarına xarici valyuta borclarını da rublla ödəməsinə icazə verib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »