Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saç düzümü üçün də uğurlu və uğursuz günlər varmış...
Saç düzümü üçün də uğurlu və uğursuz günlər varmış...

Qadınlar əsasən depressiv və stresli olduqları zaman saçlarını kəsdirir, boyayırlar. Yəni bir qadın ancaq streslidrsə, əsaslı şəkildə dəyişməyə qərar verir. Bəzən isə ayda bir dəfə saç boyama, bir dəfə saçların uçlarını kəsdirməyi düşünürlər. Saç kəsirməyin, saçları boyamağın da uğurlu tarixi olduğunu bilirdinizmi?

Bizimyol.info xarici mətbuata istinadla avqust ayı üçün saç düzümü ay təqvimini təqdim edir. Bu təqvimdə saç düzümün dəyişmək və boyamaq üçün uğurlu tarixlərlə tanış ola bilərsiniz.

Öncə qeyd edək ki, saçlarımızın vəziyyəti və idarə olunması ayın fazalarına görə dəyişir. Alimlər uzun illər müşahidələr apararaq qərara gəlib ki, ay təqviminin bəzi günlərində saçlar tez uzanır, digər günlərdə isə yaxşı qıvrılır və tez uzanır.

Mütəxəssilərin fikrincə, ayın sonuna yaxın saç düzümü edilirsə, uzun müddət öz formasını saxlayır və yavaş-yavaş uzanır. Yeni ayda isə saçlar tez böyüyür və formasını saxlamır. Bu ay ərzində saç kəsimi üçün uğurlu günlər: 14, 18, 21, 23, 26 avqust tarixləridir.

Saçların rənglənməsi üçün əlverişli günlər:  11, 13, 23, 24 avqust.

Saçların yalnız təbii çalarlarda rənglənməsi: 10, 25 avqust.

Saçların sürətli böyüməsi üçün saç düzümü: 11, 19 avqust.

Saçların kardinal dəyişməsi: 21, 23, 31 avqust.

Hər hansı saç prosedurları üçün uğursuz günlər: 12, 16, 17, 20, 27-30 avqust.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »