Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Buryatiya və Dağıstan Kreml üçün "qurbanlıq ət" olduğunu anlayıb”
“Buryatiya və Dağıstan Kreml üçün "qurbanlıq ət" olduğunu anlayıb”

Ukrayna müharibəsi Kreml üçün arzuolunan ssenari üzrə davam etmir. Rusiya ordusu qonşu ölkədə 40 minə yaxın hərbçisini itirib. Kreml buna görə böyük etiraz dalğası yaranmasından narahatdır. Həqiqətən də, ölkədə hərbçi ölümləri ciddi narazılıq yaradıb. Xüsusilə Buryatiya və Dağıstanda hadisələrin belə gedişi ilə barışmaq istəmirlər.

Bizimyol.info xəbər verir ki, Kreml döyüşlərə əsasən bölgələrdən olan hərbi qulluqçuları göndərir. Buryatiya və Dağıstan ən çox itki verən respublikalardır. Burada isə daha belə davam etməsini arzulamırlar.

Tədqiqatçı jurnalist Xristo Qrozevin fikrincə, Buryatiya və Dağıstanda həqiqəti anlamağa başlayıblar. Həmin respublikalarda başa düşüblər ki, Kreml üçün qurbanlıq ət rolunu oynayırlar.

“Mən müharibənin ilk günlərində deyirdim ki, dərhal olmayacaq, amma bir neçə ay sonra həlak olan rusiyalı zabitlərin anaları, qızları və ya həyat yoldaşları danışmağa başlayacaqlar. Çünki daha qorxmayacaqlar, itirəcəkləri heç nə qalmayacaq”.

“Bellingcat”in rəhbəri deyir ki, hərbçilərin də qurbanlıq ətə çevrildiklərini anlamaması mümkün deyil. Zamanla daha çox başa düşəcəklər. Qrozev hərbçilərin həyatlarının rəhbərlik üçün heç bir dəyəri olmadığını anlamağa başladığını düşünür. Onların böyük hissəsi imtina haqda fikirləşir.

“Əminəm ki, bunun Rusiyanın siyasi həyatı üçün öz effekti olacaq. Yeri gəlmişkən, Buryatiyada əhalinin böyük hissəsi müharibə əleyhdarıdır, çünki buddustdirlər. Hərbi cinayətlər törədən buryatiyalı hərbçilər də həqiqəti anlamağa başlayıb”.

Məhz Buryatiya və Dağıstandan artıq etiraz səsləri eşidilir. Əvvəlcə 150 buryatiyalı hərbçinin Ulan-Udeyə qayıtdığı xəbər verildi. Bunun ardınca Dağıstana da 300 hərbi qulluqçunun qayıtdığı bildirildi. Ordu rəhbərliyi bunu bağışlamaq istəmir. Döyüşməkdən imtina edən buryatiyalı hərbçilər uzun müddət Luqanskda düşərgədə pis şərtlər altında saxlanılıblar. Onlar ciddi təhdid olunub.

Dağıstanda ordu ilə müqaviləyə son verən hərbçilərlə daha pis davranıblar. Onların bəzisi Ukraynaya qayıtmağa razılaşıb. Qalanları mətbuata danışmaqdan çəkinir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »