Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin pullarını nağd şəkildə saxlamağı xoşlayır”
“Putin pullarını nağd şəkildə saxlamağı xoşlayır”

Rusiya Prezidenti Vladimir Putin dünyanın ən zəngin insanlarından sayılır. Əlbəttə, söhbət yalnız qeyri-rəsmi zənginlikdən gedə bilər. Rəsmi rəqəmlərə baxanda onda Putinin heç milyonçu olmadığına da inanmalıyıq. Amma heç kimə sirr deyil ki, Kreml rəhbərinin milyardları var. Onu hətta dünyanın ən zəngin insanı hesab edən mənbələr tapmaq olar.

Bizimyol.info xəbər verir ki, Putinin sərvəti həmişə müzakirə və mübahisə mövzusu olub. Söz yox, Rusiya Prezidentinin heç vaxt İlon Maskdan və ya Ceff Bezosdan var-dövləti az olmayıb. Bəs onda Putinin nə qədər pulu var?

Rusiyalı siyasi analitik Valeri Solovey dövlət başçısının çox varlı olduğuna əmindir. Onun ehtimalına görə, Putinin sərvəti 250 milyard dollara çatıb.

“Onun sahibi olduğu sərvət fiziki olaraq anbarlarda saxlanılır. Vacib deyil ki, bank anbarı olsun, artıq ora heç kim vəsait qoymur. O, tonlarla nağd pul saxlayır. Putin pullarını bu şəkildə saxlamağı xoşlayır. Çünki yalnız nağd pula güvənir”.

Solovey deyir ki, pullar anbarlarda nəqliyyat taralarına yığılıb. Belə palletlərdə hətta meyvə-tərəvəzi bir ölkədən başqasına daşıyırlar. Siyasi analitik pulların səliqəli yeşiklərə yığıldığını bildirir. Ona inansaq, həmin anbarlarda qiymətli daşlar, qızıl da var. Solovey Putinin onminlərlə ton qızılı olduğunu iddia edir.

“Təxminən ayda bir dəfə ona sərvətinin hesabatını gətirirlər. Bir hissəsi qiymətli kağızlardır. Amma Putin kağızlara güvənmir. Qiymətli kağızların dəyəri trilyon rublun dörddə birini keçməz. Böyük hissəsi tonlarla qızıl külçələr, valyutadır. Vəsaitin çox hissəsi bəzi ölkələrdə saxlanılır. Nə vaxtsa təslimetmədən söhbət gedə bilməz. Heç kim ora baş vura bilməyəcək. Amerikalılar indi adına Putinin sərvəti yazılmış şəxsləri axtarırlar. Ola bilər ki, kimsə toxunulmazlıq zəmanəti müqabilində nəyisə versin. Amma belə çox adam ola bilməz”.

Solovey Putinin dünyanın ən varlı insanı olmasına şübhə etmədiyini gizlətməyib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »