Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Nazirlər Kabineti Şinzo Abenin dəfn tarixini təsdiqləyib
Yaponiya Nazirlər Kabineti Şinzo Abenin dəfn tarixini təsdiqləyib

Yaponiya Nazirlər Kabineti keçmiş baş nazir Şinzo Abenin dövlət dəfn mərasiminin tarixini təsdiqləyib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, dəfn mərasimi sentyabrın 27-də keçiriləcək.

Mərasim Tokioda, İmperator sarayının yaxınlığındakı Budokan arenasında keçiriləcək. Dövlət başçıları səviyyəsində çoxlu sayda xarici nümayəndə heyətinin, ora səfər edəcəyi gözlənilir.

Xatırladaq ki, iyulun 8-də Abeyə hücum edilib. Hadisə Yaponiyanın Nara şəhərində kampaniya zamanı baş verib. Yaponiya Özünümüdafiə Qüvvələrinin keçmiş dənizçisi Yamaqami siyasətçiyə arxadan yaxınlaşaraq onu ov tüfəngi ilə vurub. Abe helikopterlə xəstəxanaya göndərilsə də, yolda onun vəziyyəti kəskin pisləşib.

Bildirilib ki, nəqliyyat zamanı həkimlər daim siyasətçinin həyatı üçün mübarizə aparıblar. Daha sonra polis xəstənin "ürək-ağciyər tutulması" vəziyyətində olduğunu bildirib. Yaponiyada klinik ölüm belə təsvir olunur.

Hadisədən sonra hazırkı baş nazir Fumio Kişida bütün kampaniya tədbirlərini ləğv edərək, Tokioya uçaraq, burada xalqa müraciət edib. O, Abenin sağ olduğunu, lakin vəziyyətinin ağır olduğunu bildirir, sələfinin sağ qalacağına ümid etdiyini deyirdi.

Amma Abe yenidən ürək tutması keçirir. Yaponiya mediası siyasətçinin hücumdan bir neçə saat sonra reanimasiyada dünyasını dəyişdiyini bildirir. Həkimlər onun həyatı üçün sona qədər mübarizə aparıb, qanköçürmə də daxil olmaqla, ona hər cür köməklik göstəriblər. Ancaq xalq arasıdna böyük nüfuza sahib olan Abenin həyatını xilas etmək mümkün olmayıb.

Şinzo Abe iki dəfə Yaponiyanın baş naziri olub.

Bu dövr 2006-2007 və 2012-2020-ci illərə təsadüf edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »