Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yeni Yurd” təşkilatı alimləri müküfatlandırıb - FOTOLAR
“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib.

Alimlərin və mütəxəssislərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik İsa Həbibbəyli qonaqları və institutun əməkfdaşlarını salamlayaraq Dünya Azərbaycanlılarının Həmrəylik Gününun mahiyyətinədən danışıb.

“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova bildirib ki, insanın şəxsiyyət kimi formalaşmasında, onun inkişafında təhsilin, elmin rolu danılmazdır: “Azərbaycan cəmiyyəti ziyalıların, alimlərin və gənc mütəxəssislərin üzərində ayaqda dayanıb. Ona görə də mən sizinlə birlikdə olmaqdan qürur duyuram. Və siz alimləri qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm”.

M.Əsədova bildirib ki, “Yeni Yurd” təşkilatının Mükafat Komisiyyası fəaliyyət göstərir: “Təşkilatımız “Xurşudbanu Natavan” və “Böyük yurdsever” mükafatlarını təsis edib. Mükafat Komissiyanın rəhbəri Ədəbiyyat İnstitutunun Elmi şurasının üzvü Asif Rüstəmlidir. Bir neçə gün öncə biz iclas keçirtdik. Həmin iclasda Ədəbiyyat İnstitutunun alimlərinin mükafatlandırılmasını qərara aldıq”.

Mahirə Əsədova mükafatları alimlərin və gənc mütəxəssislərə təqdim edib. Təltif olunanlar “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin onların fəaliyyətinə verdiyi diqqət və dəyərə görə təşəkkür ediblər.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »