Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə NATO-nu terrorla mübarizədə ona dəstək olmağa dəvət edib
Türkiyə NATO-nu terrorla mübarizədə ona dəstək olmağa dəvət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

APA-nın verdiyi xəbərə görə, iclasının nəticələrinə dair mətbuata yazılı açıqlama verilib.

Qeyd olunub ki, Ankara NATO müttəfiqlərini FETÖ və PKK/KCK-PYD/YPG terror təşkilatları ilə mübarizədə Türkiyənin yanında olmağa və dəstək verməyə dəvət edib.

Bundan əlavə, terror təşkilatları ilə əməkdaşlıq edən xəyanət şəbəkəsini tamamilə aradan qaldırmaq üçün səylərin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

İclasda Yunanıstanın təxribat xarakterli hərəkətləri ilə yanaşı, ölkənin su və hava məkanını pozmağa davam etməsinin qəbuledilməz olduğu bildirilib.

Son olaraq Milli Təhlükəsizlik Şurası Rusiya və Ukrayna arasında münaqişəni də müzakirə edib: “Biz daha çox insan ölümünə və dağıntılara səbəb olmazdan əvvəl hərtərəfli atəşkəsin mümkün qədər tez əldə olunması çağırışımızı təkrarlayır, bu çərçivədə Türkiyənin davamlı sülhün bərqərar olması və qlobal ərzaq böhranına çevrilən problemin həlli istiqamətində səylərinin davam edəcəyini bildiririk”.

Son xəbərlər
Bütün xəbərlər »