Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada yaşanan hadisə hamını göz yaşına boğdu
Ukraynada yaşanan hadisə hamını göz yaşına boğdu

Rusiyanın Ukraynada 148 gündür davam edən hücumlarında mülki əhali arasında itkilər artır. Ötən gün Rusiya ordusunun Ukraynanın Xarkov şəhərində həyata keçirdiyi hücumda 3 nəfər ölüb, çox sayda insan yaralanıb.

Bizimyol.info xəbər verir ki, son hücumda bir ukraynalı ailənin yaşadığı faciə beynəlxalq mətbuatda da yer alıb. Belə ki, raket hücumunda həlak olan oğlunun cansız bədəninin qarşısında diz çökən ata bir neçə dəqiqə onun əlindən tutub.

13 yaşlı gəncin hücum zamanı qaçmağa çalışdığı və avtobusun arxasında gizlənərkən öldüyü bildirilib. Hücum zamanı kiçik oğlanın 15 yaşlı bacısı da yaralanıb. Şok içində oğlunun əlindən tutub gözlərini cansız bədənində ayıra bilməyən ata, onu ara-sıra silkələyib “ayıltmağa” çalışıb. Bu hadisə ətrafdakıların göz yaşlarına səbəb olub. Bir müddət sonra qruplar kiçik uşağın cansız bədənini cəsəd torbasına qoyaraq hadisə yerindən aparıblar.

Qeyd edək ki, rusların hücumu zamanı yaşlı cütlük də dayanacaqda gözlədikləri zaman həlak olublar. Xarkov qubernatoru Oleq Sinegubov məsələ ilə bağlı bildirib ki, bu, Rusiyanın son terror aktıdır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »