Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Duzlu yemək ömrünüzdən illər aparır: Duzdan necə istifadə etməli?
Duzlu yemək ömrünüzdən illər aparır: Duzdan necə istifadə etməli?

Araşdırmalara görə, yemək hazırladıqdan sonra duz əlavə etmək qadınlarda 1,5, kişilərdə isə 2,28 il ömrün qısalmasına səbəb olur. Bəs gündəlik nə qədər duz qəbul etmək lazımdır? Yumurta, salat və pomidora əlavə edilən duz hansı problemlərə səbəb olur?

Bizimyol.info xəbər verir ki, ekspertlər bu barədə xarici saytlara geniş araşdırma nəticələrini açıqlayıblar. Nəticələr göstərir ki, duz bədənimizdə suyun saxlanması, əzələ və sinirlərin işləməsi üçün çox vacib və lazımlı qidadır. Təmiz formada göllərdən, dənizlərdən və qayalardan əldə edilərək qidaların tərkibinə əlavə edilir. Bu duzdan süfrələrimizdə yeməkləri emal etmək, qorumaq və yeməyin dadını artırmaq üçün istifadə olunur. Amma bilmək lazımdır ki, duzdan çox istifadə ciddi xəstəliklərə gətirib çıxarır.

Məlumatda bildirilir ki, uzun müddətdir ABŞ-ın Luiziana ştatındakı Tulane Universitetində duzun zərərləri ilə bağlı araşdırmalar aparılıb və araşdırma məlumatları bu yaxınlarda açıqlanıb. Tədqiqat belə nəticəyə gəlib ki, qidaya tez-tez duz əlavə edilməsi ürək-damar xəstəlikləri, insult və xərçəng kimi səbəblərdən vaxtından əvvəl ölümə səbəb olur.

Bildirilir ki, duz qəbulunu dəqiq izləmək çox vaxt çətindir. Bunun səbəbi bir çox işlənmiş qidaların yüksək səviyyədə duz ehtiva etməsidir. Qərb cəmiyyətlərində natrium qəbulunun təxminən 70 faizi işlənmiş və hazırlanmış qidalardan, 8-20 faizi isə süfrəyə əlavə olunan duzdan əldə edilir. Tədqiqat aparan alimlər bu məlumatları nəzərə alaraq araşdırmalarına əlavə ediblər.

Nəticələr göstərib ki, heç vaxt duz istifadə etməyən və ya duzdan az istifadə edənlərin erkən ölüm riski 28 faiz yüksəkdir. Araşdırma nəticəsində duzdan tez-tez istifadənin 18 474 sənədləşdirilmiş vaxtından əvvəl ölümə səbəb olduğu vurğulanıb.

Tulane Universitetinin İctimai Səhiyyə professoru Lu Qi bu araşdırmanın insanların yeməklərinə nə qədər tez-tez duz əlavə etdiklərini ölçmək üçün çox vacib olduğunu söyləyib.

Onu da əlavə edək ki, duz üzərində aparılan araşdırmalarda 1-3 yaş arası uşaqlarda gündəlik qəbul edilən duz miqdarı 2 qramı, 4-6 yaş qrupunda isə 3 qramı keçməməlidir. 7-10 yaş arasında gündəlik duz istehlakı ən çox 5 qram olmalıdır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »