Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin və Yaponiya arasında gərginlik
Çin və Yaponiya arasında gərginlik

Yaponiya Müdafiə Nazirliyi bildirib ki, Çin donanmasına aid gəmi iki gün əvvəl yerli vaxtla saat 18:50 radələrində Yakuşima adasının cənubundakı sularda görünüb və saat 20:00 radələrində Yaponiyanın ərazi sularına daxil olub.

Bizimyol.info xəbər verir ki, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə (MSDF) məxsus gəmi və təyyarənin apardığı müşahidələrə görə, təxminən 3,5 saat ölkənin ərazi sularında üzən gəmi, dənizdən qərbə doğru hərəkət edərək, pozuntuya son qoyub. Hadisədən sonra Yaponiya Müdafiə Nazirliyi, Çin gəmisinin bölgədəki məqsədini müəyyən etmək üçün ətraflı araşdırmaya başlayıb.

Məlumata görə, hadisə bu il 6-cı sərhəd pozuntusu olaraq qeydə alınıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »