Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Avropaya qaz təchizatını bərpa etdi
Rusiya Avropaya qaz təchizatını bərpa etdi

İyulun 11-dən təmir işləri ilə əlaqədar bağlanan “Şimal axını 1” kəməri bu gün açılıb və Rusiyadan Avropaya qaz axını başlayıb. Kəmərdən keçəcək qazın həcminin artıb-artmayacağı hələlik məlum deyil, lakin ekspertlər bildirirlər ki, hazırkı 40 faizlik axın Avropanın ehtiyaclarını ödəməyə kifayət etməyəcək.

Bizimyol.info xəbər verir ki, müharibədən əvvəl Avropaya ildə 55 milyard kubmetr qaz tədarük edən və qitənin tələbatının təxminən 40 faizini təmin edən “Şimal axını 1” boru kəməri illik texniki xidmət səbəbindən 11-21 iyul tarixləri arasında bağlanmışdı.

Avropaya qaz axını əvvəllər boru kəmərində bir ehtiyat hissəsinin olmaması səbəbindən 60 faiz azalmışdı. Putinin qaz kartı ilə oynadığını düşünən Avropa təşvişə düşmüşdü ki, Rusiya bundan sonra tətbiq edilən sanksiyalara cavab olaraq qaz kranları heç vaxt açmayacaq. Amma bu gün Putin qaz təchizatını bərpa edib. Məsələ ondadır ki, Avropa qaz satışının dayanması elə Putinin özü üçün də ölümə bərabərdir. Çünki Rusiya Avropa qaz satışından nəhəng valyita gəlirləri əldə edir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »