Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Doğum tarixində nə qədər fərqli rəqəmlər olsa, bir o qədər gözəldir"
"Doğum tarixində nə qədər fərqli rəqəmlər olsa, bir o qədər gözəldir"

“Biz bu həyatda, hər zaman ehtimal nəzəriyyəsi ilə hansısa bir fikirlərimizi, hesablamalarımızı edə bilirik. Çox zaman olur ki, valideynlər övladlarının dünyaya gəlişini öncədən planlaşdırmağa çalışırlar. Ancaq bildiyiniz kimi hər şeyi həll edən bir tək Allahdır”.

Bu barədə Bizimyol.info xəbər portalına numeroloq Xəyal Məmmədov danışıb. O, qeyd edib ki, dünyaya gələn insan özü özünə doğum tarixi seçə bilmir. Yəni insanın birinci kateqoriya rəqəmləri insanın doğum tarixidir.

“Biz insanlar özümüzə doğum tarixi seçə bilmirik. Çünki bu Allahın izni ilə baş verir. Ona görə də valideynlər ehtimal nəzəriyyəsi ilə deyirlər ki, məsələn, mən istəyirəm ki, filan tarixdə övladım dünyaya gəlsin. Təəssüf olsun ki, bizim insanlar güzgüvari rəqəmləri sevir. Məsələn, elə bu il. 22.02.22 tarixi. Mən tövsiyyə edərdim ki, valideynlər seçim edərkən, övladların doğum tarixində nə qədər fərqli rəqəmlər olsa, bir o qədər gözəldir. Elə olduğu halda insanın enerjisi fərqli olacaq, hərtərəfli olacaq. Ona görə də doğum tarixində də, insanlar gərək, eyni rəqəmlərin çoxluğuna fikir verməsin” - deyə numeroloq qeyd edib.

Numereoloq Xəyal Məmmədov Xəyal Məmmədov

Mütəxəssis bildirir ki, çox vaxt numerologiyanı dinlə əlaqələndirirlər.

“Mən nəzərinizə çatdırmaq istəyirəm ki, din fərqli bir anlamdır, numerologiya tam fərqli bir anlamdır. Hər kəs bilir ki, Allah təkdir və numerologiyanın da dinə heç bir aidiyyatı yoxdur. O ki qaldı dinlərə, İslam dinində də Əbcəd hesablaması deyilən bir hesablama növü var, Yəhudilərdə də, Tövratda da Kabala deyilən bir hesablama növü var. Yəni dinlərdə belə hesablama növü var. Numerologiya sadəcə rəqəmlərlə bağlı hesablama növüdür, bu fal deyil, kofedə fala baxmaq deyil.

Numerologiya nədir: İnsanın doğum tarixi olur, adı olur və istifadə etdiyi rəqəmlər olur. Bu rəqəmlərin əsasında, insanın enerjisinin hesablanması numerologiyadır. Numerologiyada hesablama aparılarkən sizin hansı dinə mənsub olmanız, hansı millətə aid olmanız heç bir əhəmiyyət daşımır. Burada doğum tarixi, ad və istifadə etdiyini rəqəmlər böyük əhəmiyyət kəsb edir” - deyə numeroloq vurğulayıb.

Numeroloqun sözlərinə görə, adlarda olan hərflərin insan həyatına böük təsiri olur: “Biz doğularkən doğum tarixini seçə bilmirik, dünyaya gələn insan seçə bilmir. Bizə ad qoyularkən bizdən soruşan olmur "axı, ay uşaq sənə nə ad qoyum?" Yəni bizə böyüklərimiz tərəfindən bir ad qoyulur.

Addakı hərflərin sayı, insanın doğulduğu məkana aid olaraq təsirlidir. Çünki hər bir ölkənin də öz lokasiyası var, öz enerjisi var. Məsələn, götürək mənim adımı - Xəyal. Mən Azərbaycanda doğulmuşam, adımın yazılışında 5 hərf var. Ancaq mən bu ad ilə Rusiyada doğulsaydım, mənim adım 4 hərfli olacaqdı. Məsələn, İngiltərədə 6 hərfli olacaqdı. Ona görə insanın doğulduğu məkanın da böyük bir rolu var”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »