Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Epidemiya halını almış Marburq virusu nədir
Epidemiya halını almış Marburq virusu nədir

Ümumdünya Səhiyyə Təşkilatı Qanada Marburq virusu ilə bağlı epidemiya elan edib. Daha əvvəl Qvineyada görülən virus bu dəfə Qanada iki nəfərin ölümü ilə nəticələnib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, ötən gün virusun epidemiya elan edilməsi üçün gözlənilən testlərin müsbət çıxdığı açıqlanıb. ÜST məlumatına görə, Qanada iki xəstədə görülən Marburq virusu ilə bağlı epidemiya elan edildiyini və epidemiyanın daha da böyüməsinin qarşısını almaq üçün hazırlıqlara başlanılıb. ÜST xəstəxanaya müraciət etdikdə təmas yolu ilə bulaşan virus səbəbindən həyatını itirən iki xəstədə ilk əlamətlərinin ishal, qızdırma, ürəkbulanma və qusma olduğunu açıqlayıb.

Xatırladaq ki, 1967-ci ildən bəri çoxlu sayda insan Marburq virusuna məruz qalıb. Bununla belə, virusun yenidən üzə çıxması və epidemiyaya çevrilməsinin qarşısının alınması üçün artıq lazımi tədbirlərin görüldüyü bildirilir. Eyni zaman ÜST virusun təmas yolu ilə ötürüldüyünü və yayıldığını bildirir. Qeyd edək ki, Marburq ən ölümcül viruslardan biridir və xəstələrin 88 faizini öldürür.

Marburq virusuna yoluxmuş xəstələrin gözləri içəri çökür, üzləri ifadəsini itirir və onlar “kabus kimi” olurlar. Xəstəlik tez-tez burun, diş ətləri, gözlər və vagina da daxil olmaqla birdən çox yerdən qanaxma ilə müşayiət olunur.

Marburq virusunun əlamətləri hansılardır?

Marburq virusunun səbəb olduğu xəstəlik, birdən yüksək hərarət, şiddətli baş ağrısı və zəifliklə başlayır. Əəzləağırısı müşahdiəe dilir. Xəstəliyin üçüncü günündə adətən şiddətli ishal, qarın ağrısı, ürəkbulanma və qusma müşahidə olunur. İshal pisləşməyə davam edir, maye itkisi və bir çox metabolik pozğunluqlar baş verir. Xəstələrdə simptomların başlamasından 2-7 gün sonra dəri töküntüləri müşahidə edilir. Ölümcül hallarda bədənin birdən çox hissəsində (diş əti, vagina, bağırsaq) qanaxma müşayiət oluna bilər. Mərkəzi sinir sistemində qaynaqlanan qarışıqlıq və çaşqınlıq görülür. Ölüm adətən, 8-9 gündən sonra baş verir.

Marburq virusundan indiyədək neçə nəfər ölüb?

2022-ci il Qana: 2 ölüm

2017- ci il Uqanda: 3 hadisə, 3 ölüm

2012-ci il Uqanda: 15 hadisə, 4 ölüm

2005-ci il , Anqola: 374 hadisə, 329 ölüm

1998-2000-ci illər , Konqo Demokratik Respublikası: 154 hadisə, 128 ölüm

1967-ci il Almaniya: 29 hadisə, 7 ölüm

Marburq virusu necə ötürülür?

Bu virus birbaşa insandan insana və ya yoluxmuş insanların qanı, ifrazatı və digər bədən mayeləri səthlərə və əşyalara ötürülməsi ilə keçir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »