Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BƏƏ-nin Bakıdakı səfirliyi “Turizmin təşviqi” mövzusunda onlayn görüş keçirib
BƏƏ-nin Bakıdakı səfirliyi “Turizmin təşviqi” mövzusunda onlayn görüş keçirib

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə əməkdaşlıq çərçivəsində “Turizmin təşviqi” mövzusuna həsr edilmiş onlayn görüş keçirib.

Əlahəzrət səfir Mohammed AlBlooshi qonaqları salamlayaraq qeyd etdi ki, iqtisadiyyat və turizm arasındakı əlaqə ümumilikdə qarşılıqlı asılı olan münasibətdir, çünki turizm fəaliyyəti ölkələr arasında ən mühüm iqtisadi və sosial fenomenlərdən biridir. Və bu fəaliyyət onun geniş coğrafi ərazisi və müxtəlif turizm istiqamətləri ilə xarakterizə olunur.

“Birləşmiş Ərəb Əmirliklərinin qurucusu əlahəzrət Şeyx Zayed Bin Sultan Al Nahyan səhranı yaşıl məkana çevirmək görüşünə sahib idi.  Beləliklə, bu gün BƏƏ konfranslar, regional və beynəlxalq sərgilər və böyük qlobal idman tədbirləri üçün dünya səviyyəli bir məkandır,”- deyə, səfir qeyd etdi.

Səfir Mohammed AlBlooshi əlavə etdi ki, Prezident əlahəzrət Şeyx Mohamed bin Zayed Al Nahyanın rəhbərliyi altında BƏƏ regionda turizm sənayesindəki mövqeyini möhkəmləndirmiş və görkəmli nəticələr və nailiyyətlər əldə etmişdir.

Əmirliklərin Turizm Şurası və eko-turizm barədə ətraflı məlumat verən səfir diqqətə çatdırdı ki, “BƏƏ zəngin təbii mühitə malikdir. BƏƏ təkcə böyük qum səhraları deyil, həm də dağlara, dərələrə, çimərliklərə də sahibdir”.

Dubai EXPO 2020 barədə danışan səfir Azərbaycan Pavilyonunun möhtəşəmliyini vurğulayaraq, belə yüksək səviyyədə təmsil olunduqları üçün Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.

“Azərbaycan və BƏƏ müxtəlif sahələrdə uğurlu əməkdaşlığı davam etdirir. Azərbaycan BƏƏ vətəndaşları üçün əsas turizm istiqamətlərindən biridir. Həmçinin, BƏƏ azərbaycanlıların ən sevimli turizm məkanlarından biridir,” deyə səfir bildirdi.

Görüşdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi  Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri cənab Kənan Əliyev, Azərbaycan Turizm Bürosu Turizm sənayesi şöbəsinin müdiri Tural İbrahimov  çıxış etdilər. Görüşdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycanda fəaliyyət göstərən özəl sektor nümayəndələri də iştirak etdilər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »