Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə Avropanı böhrana bürüyüb: Draqi yenidən istefasını elan edib
Müharibə Avropanı böhrana bürüyüb: Draqi yenidən istefasını elan edib

İtaliyanın baş naziri Mario Draqi növbəti dəfə parlamentdə istefa verdiyini açıqlayıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, siyasətçi bu barədə parlamentin aşağı palatasının iclasında məlumat verib.

“Senatda dünənki səsverməni nəzərə alaraq, iclasın dayandırılmasını xahiş edirəm. Çünki mən öz niyyətlərimi bildirmək üçün Respublika Prezidenti Sercio Mattarellanın yanına gedirəm”,- deyə Draqi deyib.

Xatırladaq ki, Baş nazir ilk dəfə olaraq iyulun 14-də parlamentdə keçirilən səsvermədən sonra istefa verdiyini açıqlayıb. O, hökuməti əvvəldən dəstəkləyən əksəriyyətin artıq olmadığı qənaətinə gəlib.

Bildirilib ki, siyasətçi baş nazirin istefasını qəbul etməyən respublika prezidentinə müvafiq ərizə ilə müraciət edəcək.

Bir müddət əvvəl İtaliya Xarici İşlər Nazirliyi Luici Di Mayo bildirib ki, çətinliklərə baxmayaraq, baş nazir Draqinin rəhbərlik etdiyi koalisiya qorunmalıdır.

O, yeni seçkilərin keçiriləcəyi təqdirdə İtaliyanın iqtisadiyyatı bərpa edə bilməyəcəyini, enerji qiymətlərini aşağı salmaq üçün ikinci 15 milyard avroluq dəstək paketini qəbul edə bilməyəcəyini və Avropada qaz qiymətlərini qoruya bilməyəcəyini deyib.

İtaliyanın 11 şəhərinin merləri Draqini vəzifəsini tərk etməməyə çağırıb. Bundan sonra siyasətçi fəaliyyətinin davam etdirilməsi şərtini irəli sürərək parçalanmış koalisiya yenidən birləşəndə vəzifəsində qalacağını bildirib.

Draqi bildirib ki, o, koalisiyasındakı partiyalar, xüsusən də keçmiş baş nazir Cüzeppe Kontenin “Beş Ulduz Hərəkatı” tərəfindən dəstəklənmədiyi üçün istefa vermək istəyir.

Baş nazir partiyaları son bir neçə ayda qanunları gecikdirən daxili çəkişmələrə və siyasi oyunlara görə qınayıb.

Hazırda rəsmilərin dediyinə görə, “Beş Ulduz Hərəkatı” Draqinin partiyanın təklif etdiyi əsas tədbirləri həyata keçirmək istəyini müzakirə edir.

Partiya nümayəndələri xüsusən də baş nazirin Ukraynaya hərbi yardım edəcəyinə dair vədini tənqid edirdi.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi Avropanın bir çox ölkələrində böhrana yol açıb. Xüsusən də enerji qiymətlərində kəskin artım baş verib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »